Accessibility links

Simin Səbri: İranda türk qadınların məsələlərini öz dillərində anlatmağa çalışırıq


Türk Qadını” saytı iki ildən artıqdır feminizm, bərabər hüquqlar və İranda qadınların üzləşdiyi ayrı-seçkiliklər və problemlər üzrə fəaliyyət edir.

Simin Səbri: İranda türk qadınların məsələlərini öz dillərində anlatmağa çalışırıq
please wait

No media source currently available

0:00 0:14:50 0:00

Saytın baş redaktoru Simin Səbri Amerikanın Səsinə müsahibədə deyir ki, bizim əsas hədəflərimizdən biri “İranda yaşayan türk qadınlar üçün onların məsələləri ilə əlaqədar və onların dilində materiallar hazırlamaqdır.”

Düşündüyümüz və önəmli mövzular haqqında video şəklində bir şeylər yaradırıq. Məsələn uşaq evliliyi və onun zərərləri, ya ölkədə olan psixi sağlamlıq problemlərin artması və bunun qadınlar üzərindəki təsiri.

“Biz daha əvvəl feminist ədəbiyyatın yayılmısının vacibliyindən bəhs etmişdik. Sonra bir neçə qadın fəalla bunu düşündük ki, indi bu feminist ədəbiyyat yarandı, bu harada yayılmalı və oxuculara ya dinləyicilərə necə çatdırılmalıdır? Bu saytın fikri oradan gəldi,” Simin Səbri söyləyir.

Türk Qadını saytında türk, fars və ingilis dillərində qadın məsələsi və bərabər hüquqlar üzrə xəbərlər, məqalələr və videolar yerləşdirilir. Saytın əməkdaşları eləcə də Clubhouse sosial şəbəkəsində seminarlar və söhbət otaqları təşkil edirlər.

Biz düşündük ki, bizim hədəf kütləmiz türk qadınlarıdırsa, onların və övladlarının məsələlərini mütləq türkcə dinləməlidirlər.

Simin Səbri deyir, “saytda müxtəlif sahələrdə xəbərlər dərc edirik. Amma bizim əsas hədəfimiz məzmun yaratmaqdır. Biz Türk Qadın Mərkəzi olaraq, öz baxdığımız bucaqdan hadisələri əks etdirməyə çalışırıq. Düşündüyümüz və önəmli mövzular haqqında video şəklində bir şeylər yaradırıq. Məsələn uşaq evliliyi və onun zərərləri, ya ölkədə olan psixi sağlamlıq problemlərin artması və bunun qadınlar üzərindəki təsiri. Bizim işimizin ana bölümü bu videolardır. Biz düşündük ki, bizim hədəf kütləmiz türk qadınlarıdırsa, onların və övladlarının məsələlərini mütləq türkcə dinləməlidirlər.”

O əlavə edir, “bu məzmunları iki səbəbə görə, türkcə yayırıq. Birincisi bu ki, həqiqətən də ölkənin ucqar yerlərdində və uzaq kəndlərdə qadınlar farsca bilmir. Amma, indi hamnın əlində mobil telefonlar var. Açıb dinləyəndə anlayırlar. İkinci məsələ, dillərə sayğı məsələsidir. Yəni, hər bir etnik icmadan, hər bir millətdən ki gəlirlər bu qüruu yaşamalıdırlar. Bilməlidirlər ki, onların öz dilində feminist ədəbiyyat, elmi mübahisələr, ictimai və siyasi mübahisələr gedə bilər. Bilsinlər ki, bu mümkündür və bunu yavaş-yavaş məşq edə bilərlər.”

XS
SM
MD
LG