Accessibility links

Braziliya və Haitidə dağıdıcı və ölümcül daşqınlar baş verib


Braziliyanın cənub-şərqindəki Sao Paulo əyalətində güclü torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı bazar ertəsi 24 nəfərə çatıb.

Fəlakətə Sao Pauloda cümə günündən başlayaraq yağan leysan yağışlar səbəb olub. Aruja, Francisco Morato, Embu das Artes şəhərlərində böyük dağıntılar baş verib, Franco da Roça şəhərində isəən böyük dağıntı və insan itkisi olub.

Sao Paulo qubernatoru Joao Doria yardım və bərpa səylərinə kömək məqsədilə təcili yardım fondlarından $2,8 milyon dollar ayırıb.

İlin əvvəlindən Braziliyanın cənub-şərqində güclü yağışlar yağır. Ötən ay Minas Gerais ştatında daşqınlar 19 nəfərin həyatına son qoyub.

Haitidə güclü yağışlar 3 nəfərin ölümünə və daha bir nəfərin itkin düşməsinə səbəb olub, adanın şimal və cənub bölgələrində 2500-ə yaxın ailə evlərini tərk edib. Bu ərazilər geniş sellərə səbəb olan leysan tufanı və bəzi yerlərdə ağacları kökündən çıxaran güclü küləklərə məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG