Accessibility links

Azərbaycanda koronavirusa yoluxmada yeni antirekord - 6620 nəfər yoluxub, 24 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Azərbaycanda koronavirusa yoluxma antirekordu yenilənib. Son bir gündə yoluxanların sayı 1397 nəfər artıb. Dünən COVİD-19-a yoluxanların sayı 5223 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatıan görə, fevralın 2-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb, 3 385 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 670 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630 727 nəfər müalicə olunaraq sağalıb, 8 779 nəfər vəfat edib. 30 807 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 797, bu günə qədər isə ümumilikdə 6 191 130 test icra olunub.

Mütəxəssislər koronavirus xəstələrinin sayının kəskin artmasını omikron ştamının yayılması ilə əlaqəndirir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Bu il yanavrın 24-də koronavirusa yoluxanların karantində qalma müddəti 14 gündən 7 günə endirilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG