Accessibility links

İctimai-siyasi funksionerlər deputat Cavanşir Feyziyevin iddialarına cavab verib


Cavanşir Feyziyev
Cavanşir Feyziyev

Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Facebook səhifəsində Azərbaycanın bir sıra jurnalsitlərini, ictimai xadimlərini, vətəndaş cəmiyyəti təmsilçilərini hədəfə alan statusla çıxış edib.

Feyziyevin hədəfə aldığı şəxslər Britaniyanın Milli Cinayət Agentliyinin deputatın ailə üzvlərinə məxsus Britaniyanın bank hesablarındakı 5,6 milyon funt-sterlinqin müsadirəsi ilə bağlı qərarı barədə tənqidi mövqe nümayiş etdirənlərdir.

Qazandığım vəsaitlər şəxsən mənə və ailə üzvlərimə məxsusdur
Cavanşir Feyziyev, Milli Məclisin deputatı

Feyziyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini, Demoktatiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunu, Milli Şuranın sədri Cəmil Həsənlini, Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovu, ictimai-siyasi fəallar Arif Məmmədovu, Bəxtiyar Hacıyevi, Tofiq Yaqublunu, Aslan İsmayılovu “siyasi şarlatanlar”, “milli satqınlar” adlandırıb.

Deputat həmçinin onu tənqid edən çoxsaylı jurnalistləri “agent, casus, donosçu, sabotajçı, böhtançı, tüfeyli, cibgir, oğru, reket, şər-böhtançı” kimim xarakterizə edib.

O, Qənimət Zahid, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Həbib Müntəzir, Sevinc Telmanqızı, Ləman Ələşrəf qızı, Osman Gündüz, Rauf Arifoğlu, Bahəddin Həzi, Əvəz Zeynallı, Eynulla Fətullayev, Xalid Kazımlı və başqalarının adını çəkib.

Feyziyev qazandığı bütün vəsaitləri şəffaf və qanuni yolla əldə etdiyini, vergiləri ödədiyini bildirib.

“Qazandığım vəsaitlər şəxsən mənə və ailə üzvlərimə məxsusdur,” deputat bildirib.

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) araşdırmalardan sonra Azərbaycan parlamentinin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Britaniyanın bank hesablarındakı 5,6 milyon funt-sterlinqin müsadirəsi ilə bağlı qərar çıxarıb.

Britaniyanın Milli Cinayət Agentliyinin yanavarın 31-də yaydığı məlumatında deyilir ki, geniş araşdırmalardan sonra Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın, övladlarından biri Orxan Cavanşirin və qardaşı oğlu Elman Cavanşirin adına olan 6 hesabın dondurulması sərəncama alınıb.

Hakim qərarında qeyd edib ki, təqdim edilmiş sübutları hərtərəfli nəzərdən keçirərək, o, müvafiq vaxtda Azərbaycan, Estoniya və Latviyada çirkli pulların yuyulması ciddi sxeminin mövcud olmasından tamamilə razıdır.
Britaniya Milli Cinayət Agentliyi

“Belə ki, müstəntiqlər bu hesablardakı vəsaitlərin Azərbaycanın landromatından əldə olunduğundan və bu səbəbdən də geri qaytarıla bilən əmlak olduğundan şübhələnirlər."

Westminster Magistrates Məhkəməsində üç həftəlik mübahisəli müsadirə dinləməsindən sonra, Dairə Hakimi Con Zani bu sənədlərin tamamilə uydurma olduğuna və hesabları təşkil edənlərin əsas çirkli pulların yuyulması fəaliyyətlərini gizlətmək üçün hazırlandığına dair çoxlu sübutların olması qənaətinə gəlib.

“Hakim qərarında qeyd edib ki, təqdim edilmiş sübutları hərtərəfli nəzərdən keçirərək, o, müvafiq vaxtda Azərbaycan, Estoniya və Latviyada çirkli pulların yuyulması ciddi sxeminin mövcud olmasından tamamilə razıdır. İlkin olaraq bank hesablarında dondurulmuş 15,3 milyon funt-sterlinqdən müsadirə üçün sifariş edilmiş ümumi məbləğ 5,630,994,19 funt-sterlinq təşkil edib”

Cavanşir Feyziyevin Facebook səhifəsində yaydığı status geniş tənqidlərə yol açıb. O həm də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Amerikanın Səsinə müsahibəsində deyib ki, Mətbuat Şurası artıq Feyziyevin Mətbuat Şurasının İdarə Heyətində qalıb-qalmaması məsələsini onlayn şəkildə müzakirə edib.

Müşfiq Ələsgərli: Feyziyevin təhqir etdiyi insanlar ömrünü qələmə həsr edib
please wait

No media source currently available

0:00 0:04:43 0:00

“Mətbuat Şurasının sədri Əflatun Amaşov artıq bu cür adamın Mətbuat Şurasında olmasının yolverilməz olduğunu bəyan edib. Bu Mətbuat Şurasının qərarı kimi də qəbul edilə bilər. Çünki Amaşov hazırda xəstədir, onun sağlamlıq durumu imkan verən kimi qərar qəbul edəcəyik. Mətbuatın üst qurumunda olub mətbuatın tanınmış adamlarına qarşı təhqiramiz ifadələr işlətmək yolverilməzdir. Belə adam Mətbuat Şurasının İdarə Heyətində ola bilməz. Məsələnin ikinci tərəfi korrupsiya halı ilə bağlıdır. Dünyanın etimadlı qurumlarından biri bununla bağlı qərar verib. Feyziyev bununla bağlı açıqlama vermək əvəzində onu tənqid edən jurnalistlərə qarşı təhqiramiz ifadələr işlədib,” Ələsgərli qeyd edib.

Feyziyevin təhqir etdiyi, ünvanlarına hədyanlar səsləndirdiyi insanlar bütün ömrünü qələmə həsr edib.
Müşfiq Ələsgərli, Mətbuat Şurasının İdarə Heyətinin üzvü

Onun sözlərinə görə, Feyziyevin təhqir etdiyi, ünvanlarına hədyanlar səsləndirdiyi insanlar bütün ömrünü qələmə həsr etmiş, jurnalistika sahəsində olmuş insanlardır.

“Onun jurnalsitələrə qarşı təhqiramiz ifadələr işlətməsi yolverilən hadisə deyil. Ümumiyyətlə təhqir yolverilməzdir və bunu ictimai sekotrda olan şəxs edirsə, bu şüurlu hərəkətdir, bağışlanamaz bir məsələdir,” o qeyd edib.

Bu arada Mətbuat Şurasının sədri Əflatun Amaşov Feyziyevin Mətbuat Şurasının İdarə Heyətinin üzvlülndən istefa verdiyini bildirib.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirib ki, deputatın bəyanatına hüquqi qiymət verilmədiir.

“Feyziyev onun hesab verməli olduğunu deyənlərə böhtan yaxarkən, özünün müsadirə olunan 11 milyon 500 min manat vəsaitini və habelə müsadirə edilməyən 23 milyon manatın (toplam 34 milyon 500 min manat) 6 milyon 900 min manat mənfəət vergisi ödədiyinin bank çıxarışının şəklini paylaşmayıb. Çünki, əgər ölkədən bu qədər vəsaiti çıxarıbsa bu xalis mənfəət olduğuna görə ona müqabil olaraq 20% miqdarında mənfəət vergisi ödəməli idi,” o qeyd edib.

Ekspert hesab edir ki, Feyziyev xüsusilə bu günkü statusunu məsələyə qatmamaq üçün bütün gəlirlərinin məhz 2010-cu ilədək əldə olunduğunu vurğulayıb.

“Amma unudur ki, Seçki Məcəlləsinin 58-ci maddəsi onun namizədliyinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim etməli olduğu məlumatlar arasında onun 34 milyon 500 min manat gəlirinin (bundan artığının da təbii) miqdarı və mənbələri haqqında məlumat olmalı idi.”

Məmmədli hesab edir ki, Baş Prokurorluq deputatın toxunulmazlığının qaldırılması və obyektiv araşdırılma üçün dərhal Milli Məclisə müraciət etməlidir.

İctimai fəal Bəxtiyar Hacıyev bildirib ki, Cavanşir Feyziyev "Avromed"i (deputation ailəsinin payı olan şirkət-red) son 1 ildə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Dövlət Agentliyi və başqa qurumlardan 122 milyon 800 min manatlıq 17 tender udub.

Cavanşir Feyziyevin ailəsinə məxsus şirkət bu ilin ilk ayında 8 milyon manatlıq 4 tender "udub".
Bəxtiyar Hacıyev, ictimai fəal

“İl təzə başlayıb, bu ilin ilk ayında 8 milyon manatlıq 4 tender "udub". Hələ bu açıq mənbələrdə göstəriləndir. Hər dərmana, avadanlığa reallıqda qoyduqları qədər yox, xeyli aşağı, lap tutaq ki, 20% əlavə qiymət qoysalar 24 milyon manat edir. 2017, 2018, 2019, 2020, 2021-ci illərdə təkcə şəkər xəstələri üçün Səhiyyə Nazirliyinə hər birinin dəyəri 29-31 milyon manat olan tenderlər verilib,” o qeyd edib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bahəddin Həzi Feyziyevin məlum bəyanatından sonra bu qurumdan istefa verdiyini bildirib.

“Cavanşir Feyziyev Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Belə bir adamla eyni qurumda təmsil olunmaq istəmirəm. Buna görə də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətində fəaliyyətimi dayandıraraq üzvlükdən çıxdığımı bəyan edirəm. Fəaliyyətim dövründə Azərbaycan mediasının müdafiəsi və inkişafı üçün edə bilmədiklərimə görə jurnalist həmkarlarımdan üzr istəyirəm,” o qeyd edib.

Cavanşir Feyziyev Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Belə bir adamla eyni qurumda təmsil olunmaq istəmirəm. Buna görə də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətində fəaliyyətimi dayandıraraq üzvlükdən çıxdığımı bəyan edirəm.
Bahəddin Həzi, jurnalist

Jurnalist həmçinin Azərbaycan Respublikasının rəhbərliyinə, Baş Prokurora, Milli Məclisin sədrinə müraciət edib.

“Bir polis işçisinə zor tətbiq edən, təhqir edən keçmiş deputat Eldəniz Səlimovun hərəkətinə necə operativ və ədalətli hüquqi və siyasi qiymət verilibsə, bütün Azərbaycan mediasını, bütün jurnalistləri ağır formalarda təhqir, təhdid və ittiham etmiş Cavanşir Feyziyev də deputat mandatından məhrum edilməli və barəsində hüquqi ölçü götürülməlidir. Bu hərəkətə dövlətin adekvat qiymət verməsini gözləyirəm,” Bahəddin Həzi bildirib.

REAL Partiyasının sədri İlqar Məmmədov mətbuatda dərc olunmuş məlumatlara əsaslanaraq hesab edir ki, Feyziyevlə bağlı cinayət icratına başlanılmalı və o, Milli Məclisdən dərhal xaric edilməlidir.

“Bir çoxları hesab edir ki, Feyziyevin aktivlərinin Londonda müsadirəsi sadəcə bir kriminal hadisədir, güman ki, onlar yanılır. Heç vaxt siyasətçiyə məxsus böyük həcmdə pulun müsadirəsi təkcə krminal hadisə deyil, mütləq onun arxasında həm də siyasi hesab dayanır. Bu müsadirənin arxasında hansı siyasi hesabın dayandığını dəqiq deyə bimərəm. Amma, müəyyən fərziyələr var. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə deyib ki, hansısa xarici qüvvələr Azərbaycanda daim siyasət təyin etmək cəhdləri güdüb. Burada nəinki siyasət, həm də siyasətçiləri təyin etmək məqsədi güdüblər. Öz məqsədlərinə çatmaq üçün hansısa şəxsləri irəli veriblər. Gəlin indi sual edək. Bəlkə də Cavanşir Feyziyevin vəsaitinin müsadirəsi dramanın birinci addımıdır və bunun ardı gələcək. Ardı nə formada gələcək? Azərbaycan hökuməti heç bir cinayət icraatına başlamadığı üçün Londondan bu vəsaiti istəmir. 5,6 milyon funt sterlinq oğurlanmış vəsait kimi London məhkəməsinin qəraraı ilə müsadiə olunur, Azərbaycan haklimiyyəti sanki bu problemi görmür. Bu pulu istəmir. Halbuki müraciət edib, pulu dərhal geri istəməlidir. Cinayət Prossesual Məcəlləsinin 206 (Törədilmiş və ya hazırlanan cinayətlər haqqında kütləvi informasiya vasitələrinin məlumatları) və 207-ci (Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydası) maddələrinin tələbləri pozulur.”

Azərbaycan haklimiyyəti sanki bu problemi görmür. Bu pulu istəmir. Halbuki müraciət edib, pulu dərhal geri istəməlidir.
İlqar Məmmədov, REAL Partiyasının sədri

Partiya sədri hesab edir ki, Azərbaycan hökuməti cinayət təqibi başlayıb, Londonda müsadirə edilən vəsaitin qaytarılmasını tələb etməsə bu işi başqa bir siyasi qurum edəcək.

“Bu qurum REAL Partiyası da ola bilər. Bu vəsaiti Azərbaycan xalqı adından istəyən tərəf fakitiki oğurlanmış pulların Azərbaycana qaytarılmasını təmin edən siyasi tərəf olacaq və onun mənəvi avtoiteti korrupsiyaya uğramış, korrupsiaya göz yuman Azərbaycan hökumətinin mənəvi avtoitetindən daha yüeksək olacaq,” Məmmədov qeyd edib.

XS
SM
MD
LG