Accessibility links

ABŞ-ın Kubaya iqtisadi blokadasının 60 illiyidir


Kuba kommunist ölkəsinin taleyinə dərindən təsir edən və ləğvinə dair heç bir əlaməti olmayan ABŞ-ın iqtisadi blokadasının 60 illiyidir.

ABŞ prezidenti Con Kennedinin 1962-ci ilin fevralın 3-dəki fərmanı ilə bütün ikitərəfli ticarətə tətbiq etdiyi embarqo 4 gündən sonra qüvvəyə minib.

Kennedinin icra sərəncamında məqsəd ada dövlətinin "kommunist gücləri ilə birliyi" ilə yaranan təhlükəni azaltmaq olduğu deyilib.

O vaxtdan bəri Havananın kursunu dəyməməsinə baxmayaraq, sanksiyalar altı onillikdən sonra qüvvədə qalır və Kuba səlahiyyətliləri tərəfindən ölkə iqtisadiyyatına təqribən 150 milyard dollar dəyərində ziyan vurmaqda günahlandırılır.

Kuba son 30 ilin ən ağır iqtisadi böhranını yaşayır, inflyasiya 70 faiz və COVID-19 pandemiyası əsas gəlir mənbəyinə: turizmə ağır zərbə vurduğu üçün ciddi ərzaq və dərman çatışmazlığı ilə üzləşir.

Hökumət ehtiyatlarının tükənməsi və ərzaq idxalı azaldığna görə zəruri mallar üçün uzun növbələr adi haldır. Havana adanın bütün bəlalarına görə sanksiyaları günahlandırır.

"Embarqo da bir virusdur" mesajı ilə səlahiyyətlilər sanksiyaları pisləmək üçün avtomobil, velosiped və motosiklet karvanları ilə səyahətlər edir.

Amma tənqidçilər təkpartiyalı dövlətin nəzarətində olan iqtisadiyyatdakı səmərəsizlik və struktur problemləri də qeyd edirlər.

Mühacirətdə rəhbərlik etdiyi Cubadecide lobbi qrupunun fəalı Rosa Maria Paya "əsl blokada Kuba dövləti tərəfindən qoyulub" deyib. Onun fikrincə, embarqo yalnız “nümayəndəli demokratiyaya keçid” yolu ilə qaldırılacaq.

Kuba az istehsal gücünə malikdir və ərzaq tələbatının təxminən 80 faizini idxaldan alır. Kubalılara təzyiqləri azaltmaq üçün bir il əvvəl başlanan pul islahatı işçilərin əksəriyyətinin hökumət tərəfindən işlədildiyi bir ölkədə əhəmiyyətli maaş artımına səbəb olsa da, qiymət inflyasiyasını daha da artırıb.

2000-ci ildən ərzaq ABŞ-ın blokadasından çıxarılıb və 2015-2000-ci illər arasında Kuba qonşusundan təxminən 1,5 milyard dollar dəyərində ərzaq idxal edib.

Lakin alışlar nağd və qabaqcadan ödənilməlidir. Bu isə ehtiyatları məhdud olan bir ölkə üçün ağır şərtdir.

Kubalı amerikalı və ABŞ-ın keçmiş ticarət naziri Karlos Qutierrezin sözlərinə görə, embarqonun “əks-məhsuldar” olduğu sübuta yetirilib. O, cavabında “Havanadan qətiyyən heç nə alınmayıb” deyib.

Bunun əvəzinə Kuba dəstək üçün Çin və Rusiya kimi ABŞ-ın rəqiblərinə üz tutub.

İki həftə əvvəl Kuba prezidenti Migel Diaz-Kanel və onun rusiyalı həmkarı Vladimir Putin telefon danışığında “strateji tərəfdaşlığı” müzakirə edib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Riabkov bu yaxınlarda deyib ki, keçmiş Sovet dövləti Ukrayna ilə bağlı Vaşinqtonla gərginlik artarsa, Moskva Kubaya - ABŞ-ın Florida ştatındakı Mayamidən cəmi bir neçə yüz kilometr aralıda - hərbi mövcudluğunu istisna etməyəcək.

Bəziləri üçün bu cür duruş dünyanı nüvə müharibəsi astanasına gətirən və Kubaya qarşı blokada üçün əsas motivasiya olan ABŞ və keçmiş Sovet İttifaqı arasında Soyuq Müharibə və Kuba raket böhranını xatırladır.

Moskvanın Kuba torpağından sovet raketlərini çıxarmağa razı olması ilə münaqişənin qarşısı alınıb.

Barak Obamanın rəhbərliyi altında qısa bir yumşalma dövründə bir qədər rahatlaşan sanksiyalar onun varisi Donald Tramp tərəfindən gücləndirilib və 243 yeni tədbir əlavə edilib.

Kampaniya vədlərinə baxmayaraq, hazırkı prezident Co Baydenblokadanı yüngülləşdirmək üçün heç bir iş görməyib və bunun əvəzinə keçən iyul ayında hökumət əleyhinə olan tarixi etirazlara qarşı sərt tədbirlərə cavab olaraq Kuba liderlərinə qarşı yeni tədbirlər elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG