Accessibility links

Yüzlərlə insan Qazaxıstanın Janaozen şəhərində yenidən küçələrə çıxıb


Qazaxıstanın Janaozen şəhərinin yüzlərlə sakini keçən ay ölkəni sarsıdan hökumət əleyhinə insan ölümcül etirazlardan sonra iş tələbi ilə bir neçə gün mitinq keçirib.

Etirazçılar fevralın 7-si, mitinqlərinin altıncı günündə şəhər administrasiyası qarşısına toplaşaraq, 2500 kişi və qadının yerli və mərkəzi hökumətdən yerli neft sənayesində iş tələb edib.

Janaozen şəhərinin meri Məqsət İbaqarov etirazçılarla görüşüb və onların tələblərinə baxacaq komissiyanın yaranmasını təklif edib.

Lakin etirazçılar təklifi rədd edərək, İbaqarov, prezident Qasım Jomart Toqaev və Mangistau qubernatoru Nurlan Noqayevdən tələblərinin “dərhal” yerinə yetirmələrini istəyib.

Janaozen sərt nəzarət altında olan keçmiş sovet respublikasında illərdir etirazlara səhnə olub.

Keçən ay ölümlə nəticələnən etirazlardan sonra Toqayev “Birlikdə Yeni Qazaxıstanı Yaradaq!” şüarını elan etdi və ölkə boyu müxtəlif səviyyələrdə məmurları işdən azad edərək, ölkədə demokratik islahatlar vəd etdi.

Buna baxmayaraq, fevralın 5-də ölkənin ən böyük şəhəri olan Almatıda yüzlərlə insan küçələrə çıxaraq, Toqayevin Erbolat Dosayevi şəhərin yeni meri təyin etməsinə etiraz edib və Qazaxıstan prezidentinin istefasını tələb edib.

Keçən ay Janaozendə yanacağın gözlənilmədən bahalaşması ilə bağlı etirazlar bütün Qazaxıstana yayıldı, Almatı və başqa şəhərlərdə şiddətli toqquşmalara səbəb oldu.

Etirazçıların iqtisadi narazılığı tez bir zamanda korrupsiyaya, siyasi durğunluğa və geniş yayılmış ədalətsizliyə qarşı çağırışlara yol açaraq daha da genişləndi.

Onların qəzəbinin böyük hissəsi 1989-cu ildən 2019-cu ilin martında hakimiyyəti Toqaevə təhvil verdiyi vaxta qədər Qazaxıstanı idarə edən Nazarbayevə qarşı yönəlişdi. Çoxları Nazarbayevin pərdə arxasında ölkənin nəzarətini əlində saxladığına inanırdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG