Accessibility links

ABŞ Səfirliyi Azərbaycanda İngilis Dili Təlim Sertifikatlaşdırma Proqramı təşkil edib


The US Embassy has organized an English Language Training Certification Program in Azerbaijan
The US Embassy has organized an English Language Training Certification Program in Azerbaijan

Artıq ikinci ildir ki, 100 azərbaycanlı orta məktəb müəllimi ABŞ Səfirliyinin Şimali Karolina Dövlət Universiteti ilə birgə həyata keçirdiyi qabaqcıl İngilis Dili Təlim Sertifikatlaşdırma Proqramına qoşulur.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, proqramda iştirak edən 100 nəfər müəllim 400-dən çox ixtisaslı müəllimin içərisindən seçilib.

“Biz əminik ki, siz, kursda iştirak edən müəllimlər keçən ilki məzunlar kimi çox şey əldə edəcəksiniz. Onlar artıq öz siniflərində yeni bacarıqlarından istifadə etdiklərini söyləyiblər,” səfirliyin məlumatında qeyd edilir.

Təlim iştirakçısı olmuş Aygün Muradova bildirib ki, ötən il bu təlimi fərqlənmə sertifikatı ilə bitirib.

“Möhtəşəm təlimdir. Öyrədici mühitdə əməkdaşlıq, işbirliyinə köklənən, yeni biliklərə əsaslanan dərslər maraqlı idi. Paralel olaraq öyrəndiklərini dərslərimdə tətbiq edirdim və indi də bu davam edir,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG