Accessibility links

Vyanada İranla nüvə danışıqlarının davam etdirilməsi gözlənilir


Həm Vaşinqton, həm də Tehran razılaşmanı mümkün qədər tez əldə etməyə hazır olduqlarını bildirdikdən sonra çərşənbə axşamı Vyanada İranla mübahisəli nüvə proqramına dair razılaşmanın canlandırılmasına dair danışıqların davam etdirilməsi planlaşdırılır.

Britaniya, Çin, Fransa, Almaniya, İran, Rusiya və dolayısı ilə ABŞ-ın iştirak etdiyi danışıqlar keçən ayın sonunda dayandırılıb.

Danışıqların bərpası tərəflərin son həftələr İranın atom bombası əldə etməsinin qarşısının alınmasını nəzərdə tutan 2015-ci il sazişini canlandırmaq səylərində irəliləyişin olduğunu bəyan etməsindən sonra baş verib.

“Bütün tərəflərin əsas narahatlıqlarını aradan qaldıran razılaşmaınn əldə edilməsi yaxın görünsə də, qarşıdan gələn həftələr əldə olunmazsa, İranın nüvə sahəsində davam edən irəliləyişləri bizim JCPOA-ya qayıtmağımızı qeyri-mümkün edəcək” - deyə, Dövlət Departamentinin nümayəndəsi bazar ertəsi 2015-ci il sazişinə işarə edərək bildirib.

Tərəflər keçən ildən bəri ABŞ-ın dolayı iştirakı ilə Vyanada danışıqlar aparır.

Müzakirələrə yaxın mənbənin Fransa xəbər agentliyinə nümayəndə heyətlərinin Avstriyanın paytaxtına gəldiyini və müzakirələrin günün ikinci yarısında Coburq Palace otelində davam etdiriləcəyini bildirib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə Birləşmiş Ştatlar 2018-ci ildə birtərəfli qaydada paktdan çıxıb və İrana qarşı sərt iqtisadi sanksiyaları bərpa edib. Bundan sonra İslam Respublikası saziş çərçivəsində götürdüyü öhdəliklərdən geri çəkilməyə və nüvə fəaliyyətlərini gücləndirməyə başlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bazar ertəsi deyib ki, “ABŞ-ın Vyanaya gətirəcəyi cavablar... bizim nə vaxt razılığa gələ biləcəyimizi müəyyən edəcək”.

Vaşinqton fevralın 4-də Tramp tərəfindən ləğv edilmiş sanksiyalardan imtinanı bərpa edib, Tehran bu addımı yetərsiz hesab edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG