Accessibility links

ABŞ Yəməndə husilərin hücumlarından sonra BƏƏ-yə hərbi dəstəyini artırıb


 Frank Makkenzi
Frank Makkenzi

Yəmənin husi üsyançıları tərəfindən həyata keçirilən bir sıra raket və pilotsuz təyyarə hücumlarından sonra ABŞ ordusu Birləşmiş Ərəb Əmirliklərinə dəstəyini artırır.

ABŞ-ın Yaxın Şərqdəki Amerika qüvvələrinə nəzarət edən Mərkəzi Komandanlığının rəhbəri, general Frank Makkenzi müdafiəni gücləndirmək üçün BƏƏ-də olub. Təhlilçilər deyirlər ki, Körfəz ölkəsinə edilən hücumlar onun sərt təhlükəsizlik şəraitində sabit biznes və turizm mərkəzi kimi reputasiyasına xələl gətirə bilər.

Birləşmiş Ərəb Əmirliklərindən danışan ABŞ generalı Frank Makkenzi deyib ki, İranın dəstəklədiyi husi üsyançıları tərəfindən Yəməndə döyüş meydanındakı uğursuzluqlar BƏƏ-nin paytaxtı Əbu-Dabiyə son hücumlara səbəb ola bilər.

Yeddi ildir davam edən Yəmən müharibəsi husiləri Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla, ərəb koalisiyası tərəfindən dəstəklənən hökumət qüvvələri ilə toqquşdurub.

İranı əhatə edən vəkil müharibəsi kimi qiymətləndirilən münaqişə on minlərlə yəmənlinin ölümünə və dünyanın ən ağır humanitar böhranlarından birinə səbəb olub. ABŞ və Birləşmiş Millətlər Təşkilatının rəsmiləri İranın husilərə yüksək səviyyəli silahları qaçaqmalçılıq yolu ilə keçirdiyini sənədləşdirib.

"Yəməndən atılan və BƏƏ-yə daxil olan ortamənzilli ballistik raketlər Yəməndə hazırlanıb, istehsal və dizayn edilməyib. Biz şübhəsiz İranın bununla əlaqəsini görürük" - deyə, Makkenzi bildirib.

Cüzeppe Dentice Roma Beynəlxalq Araşdırmalar Mərkəzində Yaxın Şərq masasına rəhbərlik edir. O, Amerikanın Səsinə bildirib ki, husilər öz tələblərinə nail olmaq üçün hücumlardan istifadə edir.

"Bu, körfəzdə heç kimin təhlükəsiz olmadığına və husilərin bölgədəki bütün bu ölkələri vurmaq qabiliyyətinə malik olduğunu göstərən güclü və simvolik bir işarədir. Ola bilsin ki, əsas risk yeni oyunçuların cəbhəsinin genişlənməsi ilə münaqişənin beynəlxalq səviyyəyə çıxarılmasıdır. Məsələn, bu böhranın istənilən ssenarisində İrana qarşı durmaq üçün Abu Dabiyə dəstək verməkdə maraqlı olan İsrail kimi."

Londondakı King's College Təhlükəsizlik Məktəbinin dosenti Andreas Kriq husilərin hücumlarının BƏƏ-nin körfəzdəki əsas ticarət və turizm mərkəzi kimi tanınmasına təhlükə yaratdığı və maliyyə sahəsində etibarlı reputasiyasına xələl gətirə biləcəyi ilə razılaşır. "Bu, BƏƏ-nin dünyanın ən təhlükəsiz ölkələrindən biri olması fikrinə xələl gətirir" - deyə, Kriq The New Arab onlayn qəzetinə bildirib.

Pentaqon bildirib ki, ən müasir F-22 qırıcı təyyarələri BƏƏ-yə göndərilir və raketvuran USS Cole körfəz sularında qaçaq malların daşınmasını izləməkdə kömək edəcək.

ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton husilərin beynəlxalq terror təşkilatı kimi yenidən tanınmasını nəzərdən keçirir. Bu status keçən il fevral ayında ləğv edilib. BƏƏ bunun bərpasına çağırıb.
XS
SM
MD
LG