Dünyada milyonlarla insan gündəlik bir fincan qəhvədən ləzzət alır. Lakin onların gündəlik kofe dozası təhlükə altında ola bilər, çünki iqlim dəyişikliyi qəhvə bitkilərini məhv edir və fermerlərin dolanışıq vasitələrini risk altına alır.
Londondan Aaron Devis qəhvə ilə bağlı araşdırmalara rəhbərlik edir."Üstünlük verdiyimiz Arabika qəhvəsi qlobal miqyasda içdiyimiz qəhvənin təxminən 60%-ni təmin edir. Bu, dadlı qəhvədir, içməyi sevdiyimiz qəhvədir. Digər növ isə robusta qəhvəsidir ki, o da qalan 40%-i təmin edir. Bu, əsasən hazır qəhvə və espresso qarışıqlarına aiddir"- deyə, Devis izah edir.
Arabika və robusta qəhvə dənələrinin becərilməsi Afrika, Cənubi Amerika və Asiyada milyonlarla insanın dolanışıq mənbəyidir."Bu qəhvələr əsrlər boyu bizə çox yaxşı xidmət edirdi, lakin iqlim dəyişikliyi altında onlar problemlərlə üzləşirlər. Arabika sərin tropik bitkisidir; yüksək temperaturu sevmir. Robusta hətta rütubətli şəraiti də sevən bir bitkidir; yüksək yağışı sevir. İqlim dəyişikliyi altında yağışların sürətləri dəyişir və o da problemlərlə üzləşir" - deyə, o əlavə edib.
Temperaturun artması və ya yağışın azalması səbəbindən məhsuldarlıq kəskin şəkildə azalır. Efiopiya tam məhsul çatışmazlığı və ağacların məhvi ilə üzləşə bilər.Problem Qərbi Afrika meşələrində dərinləşə bilər. Təxminən 130 növ qəhvə bitkisi var, lakin hamısının dadı yaxşı deyil. Sierra Leonedə elm adamları vəhşi təbiətdə böyüyən bir namizəd, stenophylla-nın müəyyən eedilməsinə yardım göstərib.
"Bu, son dərəcə istiyə dözümlüdür. Maraqlı bir növdür, çünki o, gözəl dadı baxımından arabikaya yaxındır," Devis deyib.Onun dediyinə görə, iki digər qəhvə növü də dəyişən iqlimdə kommersiya baxımından vədvericidirr: liberica və eugenioides.
Botanika Bağlarının komandası Afrikadakı fermerlərlə yeni qəhvələrin kommersiya məqsədilə becərilməsi üzərində işləyir. Bəzi layihələrə nəzarət edən Uqanda Milli Kənd Təsərrüfatı Tədqiqat Təşkilatından Katrin Kivuka deyir ki, hələ qarşıda çətinliklər var."Onlara hansı tələblər lazımdır? Biz onun məhsuldarlığını necə artıra bilərik? Yalnız iki növün üstünlük təşkil etməsi əvəzinə, digər qəhvə növlərinin dəyərindən istifadə etmək imkanımız var."
Bu il Uqandadan Avropaya böyük həcmdə liberika qəhvəsinin ixrac ediləcəyi gözlənilir. Tədqiqatçılar ümid edirlər ki, bu, fermerləri davamlı gəlir və qəhvə içənləri isə yeni dadla təmin edəcək.