Accessibility links

COVID-in yeni dalğası Əfqanıstanın çökməkdə olan səhiyyə xidmətinə güclü zərbə vurur


Əfqanıstanda yalnız beş xəstəxana COVID-19 müalicəsi təklif edir. Digər 33 xəstəxana isə son aylarda həkim, dərman və hətta istilik çatışmazlığı səbəbindən bağlanmağa məcbur olub. Bu, iqtisadi cəhətdən məhv olmuş ölkənin koronavirusa yoluxma hallarının kəskin artdığı bir vaxt baş verib.

Gün ərzində temperaturun donma dərəcəsinə düşsə belə, yanacaq çatışmazlığı səbəbindən Kabildəki COVID-i müalicə xəıstəxanası yalnız gecələr qızdırıla bilir. Xəstələr qalın yorğanların altına yatır. Xəstəxananın direktoru, doktor Məhəmməd Gül Lival oksigendən tutmuş dərman vasitələrinə qədər, hər şeyə ehtiyac duyulduğunu deyib.

Əfqanıstanın Yaponiya Yoluxucu Xəstəliklər Xəstəxanası adlanan müəssisəsində cəmi 100 çarpayı var. Virus sürətlə yayıldığına görə, COVID-19 palatası demək olar ki, həmişə dolu olur. Yanvar ayının sonlarına qədər xəstəxanaya gündə bir və ya iki koronavirus xəstəsi gəlirdi. Lival son iki həftədə gündə 10-12 yeni xəstənin qəbul edildiyini deyib. "Vəziyyət günü-gündən pisləşir" - deyə, Lival bildirib.

Talibanın altı ay əvvəl hakimiyyəti ələ keçirməsindən bəri xəstəxana işçiləri dekabrda cəmi bir aylıq maaş alıb.

Təxminən iyirmi il ərzində demək olar ki, bütövlükdə beynəlxalq donorların maliyyəsi hesabına fəaliyyət göstərən Əfqanıstanın səhiyyə sistemi ABŞ-ın 20 illik müdaxiləsinin xaotik şəkildə sona çatmasından və avqust ayında Taliban hakimiyyətə qayıtmasından sonra məhv olub.

Əfqanıstan iqtisadiyyatı xaricdəki 10 milyard dollara yaxın aktivlərin dondurulmasından və hökumətə maliyyə yardımının dayandırılmasından sonra çöküb. Səhiyyə sisteminin çökməsi ölkədəki humanitar böhranı daha da pisləşdirib.

Əhalinin təqribən 90%-i yoxsulluq səviyyəsindən aşağı düşüb və ailələr yeməyi çətinliklə əldə etdiyi üçün azı bir milyon uşaq aclıq təhlükəsi ilə üzləşib.

Doktor Lival omikron variantının Əfqanıstana ağır zərbə vurduğunu desə də, bunun sadəcə bir təxmin olduğunu etiraf edib. Belə ki, ölkə hələ də bu variant üçün xüsusi sınaq dəstləri gözləyir.

Səhiyyə Nazirliyinin sözçüsü doktor Cavid Həzirin dediyinə görə, test dəstləri keçən ayın sonuna qədər gəlməli idi. Ümumdünya Səhiyyə Təşkilatı isə Əfqanıstanın bu dəstləri fevralın sonuna qədər alacağını deyib.

Təşkilat yanvarın 30-dan fevralın 5-dək Əfqanıstandakı ictimai laboratoriyalara 8496 sınaq dəstinin göndərildiyini, onlardan təxminən yarısının COVID-19-a müsbət nəticə verdiyini bildirib.

Çərşənbə axşamı Ümumdünya Səhiyyə Təşkilatı təxminən iki il əvvəl, pandemiya başlayandan bəri ölkədə 7442 ölüm və 167 minə yaxın yoluxma halının qeydə alındığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG