Accessibility links

Hindistanın cənubunda məktəblər hicaba qadağa etirazlarına görə bağlanır


Hindistanın hökuməti ölkənin cənubunda hicab qadağasına etirazların artması səbəbindən məktəblərin üç günlük bağlanmasına göstəriş verib.

Çərşənbə axşamı nümayişlərin birində polis dövlət məktəbinin şəhərciyindəki etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. France-Presse xəbər agentliyinin bildirdiyinə görə, Hindistanın cənubundakı Karnataka ştatının şəhərlərindəki məktəblərdə polis adi halda olduğundan daha çox olub.

Karnatakanın baş naziri Basavaraj Bommay məktəblərin bağlandığını elan edib və "Mən bütün tələbələri, müəllimləri, məktəb və kolleclərin rəhbərliyini sülh və harmoniyanı qorumağa çağırıram" - deyib.

Karnataka ştatında müsəlman tələbələrə hicab geyinməmək tövsiyə edilib və hicabla siniflərə girmələrinə qadağa qoyulub. Əl-Cəzirə xəbər xidmətinin məlumatına görə, dekabrın 31-dən etibarən Udupi Kollecində hicablı tələbələrin dərslərinə gəlməyə cəhd etmələrinə baxmayaraq, onlar dərslərə buraxılmayıb.

İlk tələbə etirazları Karnatakanın Udupi rayonundakı qızların təhsil aldığı Udupi Kollecində başlayıb. Associated Press xəbər verir ki, daha çox məktəb hicabı qadağan etməyə başlayanda tələbələr ştat məhkəmələrinə şikayət ərizələri verib. Çərşənbə axşamı Karnatakanın Ali Məhkəməsi bu ərizələrdən birinə baxmağa başlasa da, qərar verməzdən əvvəl təxirə salıb.

Associated Press-in məlumatına görə, müsəlmanların etirazlarına cavab olaraq bəzi hindu tələbələr etirazların onların təhsillərinə mane olduğunu deyərək, millətçi qrupun simvolu olan narıncı rəngli şallar taxmağa başlayıb.

Associated Press bazar ertəsi Udupi Kollecinin hicablı qızların dərslərə getməsinə icazə verdiyini, lakin onlar ayrı-ayrı siniflərdə oturmalı olduqlarını bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG