Accessibility links

Avropa İttifaqı Lukaşenko hökumətini bir daha bütün siyasi məhbusların azad edilməsinə çağırıb


Aleksandr Lukaşenkonun əleyhdarlarına qarşı amansız repressiya dalğasına səbəb olan mübahisəli prezident seçkilərindən 18 ay sonra Avropa İttifaqı bir daha bütün siyasi məhbusların azad edilməsinə çağırıb və müstəqil Belarus jurnalistlərini dəstəklədiyini bildirib.

1994-cü ildən bəri hakimiyyətdə olan Lukaşenko 2020-ci ilin avqust ayının 9-da keçirilən prezident seçkilərində böyük qələbə qazandığını elan etdikdən sonra müxalifət və tərəfdarları seçkilərin saxtalaşdırıldığını deyəyərək, küçələrə çıxıb.

O vaxtdan bəri ölkədə müxalif fikirlərə qarşı repressiyalar həyata keçirilir ki, bu da bir neçə ölkəni Belarus rəsmilərinə, o cümlədən Lukaşenkonun özünə qarşı sanksiyalar tətbiq etməyə vadar edib.

Qərb hökumətləri və təşkilatları Lukaşenkonu Belarusun qanuni lideri kimi tanımaqdan imtina edib.

On minlərlə insan seçkinin nəticələrinə etiraz etdiyinə görə saxlanılıb. Belarus müxalifətinin əksər xadimləri - müstəqil jurnalistlər etirazçılara dəstək verdiyinə görə ya həbs edilib, ya da ölkəni tərk edib.

Avropa İttifaqının sözçüsü Peter Stano fevralın 9-da verdiyi açıqlamasında "Təqiblərə məruz qalan yüzlərlə jurnalist ölkəni tərk etmək məcburiyyətində qalıb" deyib.

“Belarus hakimiyyəti müstəqil jurnalistikanı qanundan kənarlaşdırıb və vətəndaşlar istənilən müstəqil reportajı əldə etmək istədikləri üçün təzyiqlərə məruz qalır” - deyə, o bildirib.

Stano onlarla jurnalist və media işçisi olmaqlaq, Belarusda 1000-dən çox siyasi məhbus olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG