Accessibility links

Britaniya Ukraynadakı gərginlik fonunda humanitar yardım üçün 1000 əsgəri hazır vəziyyətə gətirib


Britaniya Baş naziri Boris Conson cümə axşamı NATO və Polşa liderləri ilə görüşü ərəfəsində Rusiyanın hər hansı təcavüzü nəticəsində yaranan humanitar böhrana dəstək üçün 1000 nəfərdən ibarət hərbi qulluqçusunun hazır vəziyyətə gətirilməsinə göstəriş verib.

Brüssel və Varşavaya səfər edən Conson NATO-nun prinsiplərində möhkəm dayanmağın vacibliyini vurğulayacaq və Rusiyanın Ukrayna sərhədi yaxınlığında qoşunlarını topladığı bir vaxt Britaniyanın hərbi dəstək yollarını müzakirə edəcək.

Consonun səfəri beynəlxalq diplomatik səylər dalğalarından biridir.

Fransa prezidenti Emmanuel Makron bu həftənin əvvəlində Rusiya prezidenti Vladimir Putinlə görüşüb. ABŞ-ın vitse-prezidenti Kamala Harris isə gələn həftə Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə təkbətək görüşlər keçirəcək.

Böyük Britaniyanın xarici işlər naziri və müdafiə naziri də həmkarları ilə danışıqlar aparmaq üçün bu həftə Moskvada olacaq.

"Britaniya Avropa təhlükəsizliyinə sadiqliyi mövqeyində sarsılmaz olaraq qalır. Bir ittifaq olaraq biz güzəştə getməyəcəyimiz prinsiplərin olduğunu aydın şəkildə göstərməliyik” - deyə, Conson açıqlamasında bildirib.

Britaniya keçən il Belarusla sərhədində miqrant böhranına yardım etmək üçün Polşaya 100 əsgər göndərib və daha 350 əsgər göndərəcəyini bildirib.

Consonun ofisi çərşənbə günü Rusiyanın Ukraynaya növbəti hərbi müdaxiləsinin çox ehtimal ki, Polşa və Litva kimi ölkələrə təsir edərək, Avropa sərhədində insanların kütləvi məcburi köçkünlüyünə səbəb olacağını bir daha təkrar edib.

Consonun ofisi bildirib ki, baş nazir NATO-dan Yens Stoltenberq ilə Böyük Britaniyanın alyansın müdafiəsini gücləndirmək təklifini, o cümlədən Estoniyada qoşunların ikiqat artırılması, Avropanın cənubunda daha çox RAF qırıcıları və Trent patrul gəmisinin, həm də Şərqi Aralıq dənizinə 45 tipli raketvuran yerləşdirilməsi məsələsini gündəmə gətirəcək.

XS
SM
MD
LG