Accessibility links

Azərbaycanda koronavirusdan ölənlərin sayı 9 min nəfəri keçib


Koronavirus

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 843 nəfər artaraq 6841 nəfərə çatıb, 6772 nəfər müalicə olunaraq sağalıb. Dünən infeksiyaya yoluxanların sayı 5948 nəfər olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 23 vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 745 169 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 686 088 nəfər müalicə olunaraq sağalıb, 9050 nəfər vəfat edib, aktiv xəstə sayı 50 031 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 387, ötən müddət ərzində isə ümumilikdə 6 390 225 test aparılıb.

Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 478 257, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 267 458, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 764 254, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 446 545 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG