Accessibility links

Almaniya kansleri Moskvaya səfər edəcək


Almaniya kansleri Olaf Şoltsla Rusiya prezidenti Vladimir Putinin danışıqlarından konkret nəticə gözləmir, lakin Ukrayna ilə sərhədə qoşun yeritməkdən Putinin nə qazanacağını gözlədiyi barədə məlumat almağa ümid edir.

Bu barədə Almaniya hökumətindəki mənbə məlumat verib.

Şolts çərşənbə axşamı Moskvaya səfər edəcək. O, Rusiyanın Ukraynaya hücumunun qarşısını almağa çalışan bir çox hökumət liderlərindən biri olacaq.

Mənbə bildirib ki, Şolts Putinə deyəcək ki, Qərb tərəfdaşları hər bir müdaxilənin Rusiyaya qarşı “sürətli, sərt sanksiyaların” tətbiqinə gətirib çıxaracağı barədə yekdil fikirdədirlər.

O həmçinin vurğulayacaq ki, "biz təkcə dialoqa hazır deyilik, lakin biz gərginliyin azaldılması və qoşunların çıxarılmasında israrlıyıq, onların cəmləşməsi yalnız bir mənada - təhdid kimi şərh edilə bilər", mənbə bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG