Accessibility links

Məhkəmə jurnalistin ölkədən çıxışına qadağa qoyulması tələbini təmin etməyib


Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı

Fevralın 14-də Bakının Binəqədi rayon Məhkəməsi hakim Səadət Səlimovanın sədrliyi ilə jurnalist Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa qoyulması ilə bağlı tələbi təmin etməyib.

Sevinc Vaqifqızı məhkəmənin qərarını müsbət qiymətləndirir.

“Düşünürəm ki, bu işə ümimiyyətlə xitam verilməlidir. Çünki təqdim etdiyim sənədlərə görə məhkəmənin qərarının yerinə yetirilməsində mənim hər hansı məsuliyyətim yoxdur. Məhkəmənin qərarını Azadlıq qəzeti və Meydan TV icra etməldir. Onlar da məktubla müraciət edərək məhkəmənin qərarını icra etməyəcəklərini bildirib,” jurnalist Amerikanın Səsinə deyib.

Vaqifqızı ümumiyyətlə məhkəmənin onun reportajı ilə bağlı qərarını qərəzli sayır.

“Məhkəmə qərarı qərəzli idi. Jurnalistdən üzr istəmək, reportajı silmək tələbi barədə məhkəmə qərarı Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə ziddir,” o qeyd edib.

Sevinc Vaqifqızı Bakı şəhərindəki 251 saylı məktəbin keçmiş direktor müavini Elmira Alandarovanın iddiası üzrə "məhkəmə qərarını icra etməməkdə" ittiham olunur.

Onun iddiasına 251 saylı məktəbdə üç seçki məntəqəsində səsvermə haqqında Meydan TV-də dərc edilmiş "2018-ci il seçkiləri: "Seçkilərdə "karusel"ə nəzarət edən direktor müavini" adlı süjet səbəb olub.

Yanvarın 14-də Vaqifqızı rəsmi məktubla məhkəmə qərarlarının icrası orqanının onun ölkədən çıxışına qadağa qoyulması tələbi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etdiyi barədə məlumatlandırılıb.

Sevinc Vaqifqızı deyir ki, ona qarşı iddialar əsassız və qanunsuzdur.

Jurnalistin sözlərinə görə, o, məhkəmənin təyin etdiyi pul təzminatını tam ölçüdə ödəyib.

Digər tələblərə gəlincə, o artıq Meydan TV-dən videomaterialın bu nəşrə aid olduğu və onunla bağlı yalnız redaksiyanın qərar qəbul edə biləcəyi haqqında arayışı Binəqədi rayon icra şöbəsinə təqdim edib.

Öz növbəsində, Meydan TV nəşrinin redaktoru Aynur Elgünəş Amerikanın Səsinə deyib ki, Sevinc Vaqifqızı heç kimə böhtan atmayıb, sadəcə olaraq faktları işıqlandırıb.

"İşə baxan hakimdən tutmuş Elmira Alandarovaya, ərinə, hətta bu adamlara dəstək verən hakimiyyət nümayəndələrinə qədər hər kəs bilsin ki, Meydan TV-də dərc olunan materiallar yayımlanan andan ona məxsus olur. Boş yerə jurnalisti incitməyin mənası yoxdur. Meydan TV nə sifarişlə material hazırlayır, nə də sifarişlə, istəklə material silir. Üstəlik, siz elə bir prinsipial jurnalisti incidirsiz ki, heç nə ilə istəyinizə nail ola bilməyəcəksiz," deyə o bildirib.

Məsələ ilə bağlı hələlik qarşı tərəfdən münasibət almaq mümkün olmayıb. Lakin instansiya məhkəmələrində iştirak edən Elmira Alandarovanın nümayəndəsi deyib ki, jurnalist onun şərəf və ləyaqətini təhqir edib. O, Meydan.TV saytından, Azadlıq qəzetinin saytından materialın silinməsini, jurnalistin üzr istəməsini və "mənəvi ziyanın" ödənilməsi üçün 2500 manat cərimə edilməsini tələb edib.

İddiaçı tərəf olan keçmiş direktor müavininin mülki iddiasına əvvəlcə Binəqədi Rayon Məhkəməsi baxıb. İddia qismən təmin olunub. Məhkəmə hesab edib ki, şərəf və ləyaqətin aşağılanması iddiası əsaslı deyil, təzminat və üzr istəmək tələbi rədd edilməlidir. Məhkəmə yalnız “Karuselə nəzarət edən direktor müavini” sərlövhəsini həqiqətə uyğun olmayan sayıb.

Amma sonradan Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirib və jurnalistin üzərinə 1000 manat cərimə ödəmək, videonu silmək, təkzib vermək və "üzr istəmək" öhdəliyi qoyub. Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

Jurnalistə qarşı 2015-2019-cu illərdə Meydan TV-yə qarşı cinayət işi çərçivəsində ölkədən çıxma qadağası tətbiq edilib. Sonradan Avropa İnsan Hüquqları Məhkəməsi bu qadağanın qanunsuz olduğu qənaətinə gəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG