Accessibility links

Rusiya liderinin növbəti addımı nə ola bilər?


Rusiya liderinin növbəti addımı nə olacaq?
please wait

No media source currently available

0:00 0:02:55 0:00

NATO müttəfiqləri ilə Prezident Vladimir Putin arasında diplomatiya zirvə nöqtəsinə çatıb. Ağ Ev Rusiya liderinə iki seçim təklif edib - dağıdıcı nəticələri olan Ukraynaya müdaxilə və ya Putinin alçaldıcı güzəştlər kimi qiyməyləndirdiyi sülh danışıqları. Onun növbəti addımı nə olacaq?

Ağ Ev Rusiya Ukrayna sərhədi boyunca qoşun toplamağa və təlimlər keçirməyə davam etdiyi vaxt böhranın artmasında yalnız bir çıxış yolunun - diplomatiyanın olduğunda təkid edir. Lakin prezident Co Baydenin Rusiya və Ukrayna liderləri ilə həftəsonu yüksək səviyyəli danışıqlarından sonra ortada narahatedici bir fakt qalır - Prezident Vladimir Putinin növbəti addımının nə olacağını heç kim bilmir. Ağ Ev mətbuat katibinin müavini Karin Jan Piyer: "Əvvəllər dediyimiz kimi, müdaxilənin hər an başlaya biləcəyi mərhələdəyik. Bu həftə başlaya biləcəyini deməkdən başqa kəşfiyyat məlumatlarımızın təfərrüatlarını şərh etməyəcəyik. ABŞ istənilən vəziyyətə hazırdır."

Bazar ertəsi Ukrayna lideri bildirib ki, bütün əlamətlər müdaxiləyə işarə edir. Volodimir Zelenski: "Bizə deyirlər ki, müdaxilə fevralın 16-sı günü olacaq. Biz bu günü milli birlik günü elan edəcəyik. Müvafiq sərəncam imzalanıb. Dövlət bayraqlarımızı asacaq, sarı-mavi lentlər taxacağıq və birliyimizi bütün dünyaya nümayiş etdirəcəyik”.

Vaşinqton Ukraynaya yüz milyonlarla hərbi yardım göndərib və bazar ertəsi ABŞ-ın Kiyevdəki səfirliyinin müvəqqəti köçürülməsinə göstəriş verib.

Vilson Mərkəzinin Kennan İnstitutunun direktoru vəzifəsini icra edən Vill Pomeranz Amerikanın Səsinə deyib ki, Putin çətin geri çəkilsin. Putin Ukraynanın NATO alyansına qoşulmasının qarşısının alınmasını tələb edib. ABŞ isə NATO-nun açıq qapı siyasətini əsas gətirərək, bu tələbi rədd edib. Vill Pomeranz "Mən Putinin həqiqətən geri çəkilmək variantının olduğunu görmürəm. Çünki o, bu böhran zamanı çox şeyi riskə atıb. Geri çəkilmək və bir növ "heç nə olmaz" demək Vladimir Putinin strategiyası deyil."

Bazar ertəsi Almaniya kansleri Olaf Şolts Moskvaya səfərindən əvvəl Kiyevə səfər edib və "mövcud gərginliyi azaltmaq üçün qəti addımlar atılmasını" tələb edib."Biz Rusiya ilə Avropanın təhlükəsizliyi məsələlərində ciddi dialoqa hazırıq. NATO və ABŞ Rusiyaya təkliflər verib və biz onları dəstəkləyirik. İndi Rusiyadan reaksiya və cavab gözləyirik".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putinə deyib ki, Rusiya danışıqları davam etdirməlidir. "Əks iddiaları dinləməyə hazırıq, imkanlarımız tükənməyib. Əlbəttə, onlar (təhlükəsizlik danışıqları) sonsuz davam etməməlidir, lakin indiki mərhələdə mən onları davam etdirməyi və artırmağı təklif edərdim"(ABŞ və NATO ilə təmaslar nəzərdə tutulur).

Bayden NATO müttəfiqlərinin eyni addım atdığını və Rusiya müdaxilə edərsə, sərt sanksiyalarla üzləşəcəyini deyir.

Keçmiş Sovet İttifaqının bu dövlətləri arasında səmimi münasibətlərin olmadığı aydındır. Rusiya 2014-cü ildə Ukraynanın bir hissəsini ilhaq edib və hələ də əraziyə nəzarət edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG