Accessibility links

Türkiyə ilə BƏƏ arasında 13 müqavilə imzalanıb


.
.

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təmaslarını davam etdirərkən, səfəri çərçivəsində Türkiyə ilə BƏƏ arasında 13 müqavilə imzalanıb.

Müqavilələr müdafiə sənayesi, səhiyyə, iqlim dəyişikliyi, sənaye, texnologiya, mədəniyyət, kənd təsərrüfatı, ticarət, iqtisadiyyat, quru və dəniz nəqliyyatı, gənclər, fəlakətlərin idarə edilməsi, meteorologiya, rabitə və arxiv sahələrini əhatə edir.

BƏƏ-nin körfəz regionunda Türkiyənin əsas ticarət tərəfdaşı olduğunu deyən Ərdoğan, "ikitərəfli münasibətlərdə durğunluq dövründə belə ticarət əlaqələrinin həcminin qorunub saxlanıldığını, özəl sektorlar arasında tərəfdaşlıqların canlılığını qoruyub saxladığını" qeyd edib.

Əbu-Dabidəki təmaslarını başa vuraraq bu gün Dubaya gedən Ərdoğan Dubai Expo 2020 liderlik sərgisi sahəsində Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş nazir və Dubay əmiri Şeyx Məhəmməd Bin Rəşid Əl Məktumla görüşüb.

Prezident Ərdoğan dünən Əbu-Dabi vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan tərəfindən rəsmi mərasimlə qarşılanıb, Əbu-Dabi və Dubaydakı Bürc Xəlifə kimi ölkənin simvolik binalarına Türkiyə bayrağı proyeksiya edilib.

BƏƏ Ərdoğanın səfərinin “ikitərəfli münasibətlərdə yeni və müsbət səhifə açdığı” kimi qiymətləndirsə də, Türkiyə hökuməti bu səfəri BƏƏ ilə əməkdaşlığın yaxşılaşdırılması üçün bir fürsət kimi dəyərləndirir.

Türkiyə Statistika Təşkilatının məlumatına görə, Türkiyə ilə BƏƏ arasında ticarət həcmi 2020-ci ilə nisbətən təxminən 9 faiz azalaraq 7,5 milyard dollar təşkil edib.

Sözügedən dövrdə Türkiyənin BƏƏ-yə ixracatı 91% artıb. Təxminən 5,2 milyard dollara yüksələrkən, bu ölkədən idxalı 58% azalaraq 2,4 milyard dollar olaraq qeyd ediib.
XS
SM
MD
LG