Accessibility links

BMT Yəmən tankerinin neftinə dair razılaşma əldə edildiyini bildirib


Birləşmiş Millətlər Təşkilatı Yəmən sahillərində dayanmış bir tankerdən xam neftin transferi ilə bağlı BMT-nin planına dair prinsipial razılaşmanın olduğunu bildirir ki, bu da texniki xidmət göstərilməməsi səbəbindən nəhəng sızma ilə bağlı narahatlıqlara səbəb olub.

BMT-nin humanitar məsələlər üzrə komissarı Martin Qriffits çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasına verdiyi şərhlərdə irəliləyişə diqqət çəkib.

Qriffits müqavilənin təfərrüatlarını və transfer əməliyyatının nə vaxt başlayacağını açıqlamayıb.

FSO Safer Yəmənin milli neft şirkətinə məxsusdur və 1980-ci illərin sonundan bəri Hodeyda əyalətinin sahillərindən təxminən doqquz kilometr aralıda neft saxlamaq üçün istifadə olunur.

Tankerdə 1,1 milyon barel neft var, lakin Birləşmiş Millətlər Təşkilatı 2015-ci ildən bəri onun yoxlanılmadığını və təmir olunmadığını deyir.

BMT-nin ətraf mühit rəsmiləri xəbərdarlıq ediblər ki, tankerdən neft sızması Yəmənə ərzaq və humanitar yardım üçün mühüm giriş nöqtəsi olan Hodeyda limanını bağlaya bilər.

Sızma, həmçinin balıqçılıq sahələrinə, Qırmızı dənizdəki ticarət gəmiçilik marşrutlarına və regionun digər ölkələrinə zərər verə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG