Accessibility links

Pakistan jurnalisti naməlum ittihamlarla həbs edilib


Möhsin Baiq
Möhsin Baiq

Həmkarları və yerli medianın bildirdiyinə görə, tanınmış pakistanlı jurnalist və hökumət tənqidçisi çərşənbə günü evində naməlum ittihamlarla həbs edilib.

Onlayn xəbər agentliyinin redaktoru Möhsin Baiq bir neçə gün əvvəl televiziya ilə nümayiş etdirilən verilişdə Baş nazir İmran Xanın yaxın dostluq etdiyi bir hökumət nazirinə mükafat verməklə, ona rəğbət göstərdiyini deyib.

Xan rabitə naziri Murad Səidi kabinetinin ən yaxşı işçisi kimi göstərmişdi. İnformasiya Nazirliyinin bildirdiyinə görə, Səid bu şərhlərdən sonra Möhsin Baiqə qarşı federal orqanlara şikayət edib.

Baigin ailəsi jurnalistlərə deyib ki, polis və federal istintaq orqanının rəsmiləri çərşənbə günü səhər onun paytaxt İslamabaddakı evinə basqın edib və onu həbs üçün heç bir səbəb göstərmədən aparıblar.

Baigin həbsi sosial mediada pakistanlı jurnalistlər tərəfindən qınaqla qarşılanıb. Şahidlər polislərin Baigin evində uzun müddər olduğunu bildirsələr də, başqa təfərrüatlar əldə olunmayıb.

Hökumət də məsələ ilə bağlı heç bir şərh verməyib.

Pakistan uzun zamandır jurnalistlər üçün təhlükəli ölkədir. 2020-ci ildə bu ölkə Jurnalistləri Müdafiə Komitəsinin illik Qlobal Cəzasızlıq İndeksində jurnalistlərin müntəzəm öldürüldüyü və təcavüzkarların azadlığa buraxıldığı ölkələr sırasında 9-cu yeri tutub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG