Accessibility links

"İslam Dövləti və Əl-Qaidə Əfqanıstanda mövqelərini möhkəmləndirməyə çalışır"


Vaşinqtonda bəzi rəsmilərin Əfqanıstanın yenidən terrorçuların sığınacağına çevrilməsi ilə bağlı narahatlıqlarına baxmayaraq, ABŞ-ın müdafiə və kəşfiyyatının son qiymətləndirmələrinə görə, hələlik İslam Dövləti və Əl-Qaidə kimi qruplaşmalar bundan Qərbə qarşı hücumlar üçün istifadə etməyə hazır deyil.

ABŞ Mərkəzi Komandanlığı, Kəşfiyyat Agentliyi və digər təşkilatların bu qiymətləndirməsi altı ay əvvəl ABŞ-ın ölkədən çıxmasından sonra Əfqanıstandan gələn potensial təhlükələri araşdıran Müdafiə Nazirliyi Baş Müfəttişliyinin yeni dərc etdiyi hesabatının bir hissəsidir.

Bu, İD-Xorasanın Qərbə və ABŞ-a altı ay ərzində zərbə vurmağa hazır ola biləcəyi, Əl-Qaidənin isə eyni potensialı bir neçə dəqiqə ərzində bərpa edəcəyi barədə xəbərdarlıq edən yüksək səviyyəli Pentaqon rəsmilərinin oktyabr ayından bəri səsləndirdiyi narahatlıqlara ziddir.

“Həm Əl-Qaidə, həm də İslam Dövləti-Xorasan xarici əməliyyatlar aparmaq niyyətindədir” - deyə, o vaxt Müdafiə Nazirliyinin siyasət üzrə müşaviri Kolin Kah Senatın Silahlı Qüvvələr Komitəsinə bildirmişdi.

Yeni qiymətləndirmələrə görə, niyyət hələ də qaqlmaqdadır, sadəcə hər iki terror qruplaşmanın liderlərinin başqa prioritetləri var.

İslam Dövlətinin qolu olan və İslam Dövləti-Xorasan uzaqdakı düşmənlərinə zərbə vurmaq əvəzinə, Əfqanıstanın daxilində mövqelərini gücləndirməyə daha çox diqqət yetirir.

Hesabatda, həmçinin deyilib ki, qrup Mərkəzi və Cənubi Asiya ölkələrindən olan döyüşçülərlə əlaqə saxlayır və çox ehtimal ki, bu, ABŞ-ın həmin ölkələrdəki maraqlarına təhlükə yaradır.

BMT-yə üzv dövlətlərin bu ayın əvvəlində kəşfiyyat məlumatlarına əsaslanaraq yaydığı hesabatda ABŞ-ın Əfqanlıstanı tərk etməsindən sonra İslam Dövləti-Xorasanın döyüşçülərinin sayının iki dəfə artıraraq, 4000-nə çatdırdığı və ölkənin şərq hissəsindəki bəzi ərazilərinə nəzarəti yenidən ələ keçirdiyi deyilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG