Accessibility links

İran Azərbaycanında COVID-19-dan bir gündə 27 ölüm halı qeydə alınıb


Təbriz
Təbriz

İranda COVID-19-a yoluxma və ölüm hallarının kəskin artması ilə birlikdə İran Azərbaycanında bir çox şəhərdə “qırmızı vəziyyət” elan edilib.

İran xəbər agentliklərinin yaydığı məlumata əsasən, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Həmədan vilayətlərində fevralın 15-dən 16-ya qədər 24 saat ərzində koronavirusdan ümumilikdə 27 ölüm halı qeydə alınıb.

Ən çox ölüm Şərqi Azərbaycan vilayətində baş verib. Vilayətin səhiyyə xidmətinə istinadən, bir gün ərzində 11 ölüm halı qeydə alınıb. Yarı-rəsmi “Fars” agentliyi Şərqi Azərbaycanın 12 şəhərində “qırımızı vəziyyət”, 4 şəhərdə “narıncı”, 5 şəhərdə isə “sarı vəziyyət” elan edildiyini bildirib.

Fevralın 15-dən 16-ya qədər 6 ölüm halının qeydə alındığı Qərbi Azərbaycan vilayətində, vilayətin COVID-19-la mücadilə mərkəzinin bildirdiyinə görə, omikron variantının sürətlə yayılması səbəbilə bir gün ərzində virusa yoluxanların sayı 1000 nəfəri ötüb.

İLNA agentliyinə istinadən, vəziyyət xüsusilə Xoy şəhərində ağırdır. Qərbi Azərbaycan vilayətində qeydə alınan ölüm hallarının üçü Xoyda baş verib.

XS
SM
MD
LG