Accessibility links

Kreml: Ukrayna sərhədi yaxınlığındakı Rusiya qüvvələrini geri çəkmək üçün vaxt tələb olunacaq


Kreml cümə axşamı bildirib ki, Ukrayna sərhədi yaxınlığında təlimləri başa vuran Rusiya qüvvələrini geri çəkmək üçün vaxt tələb olunacaq. ABŞ və Ukraynanın digər müttəfiqləri isə Rusiya hərbi qüvvələrinin geri çəkilməsinə dair konkret əlamətlər olmadığını deyir.

ABŞ-ın yüksək səviyyəli rəsmisi çərşənbə günü jurnalistlərə bildirib ki, Rusiya bəzi bölmələri öz bazalarına geri göndərməyə başladığını desə də, əslində Ukrayna sərhədinə daha 7000 əsgər əlavə edib.

“Ruslar da son günlər bizim və müttəfiqlərimizin dəfələrlə təklif etdiyi diplomatiya ilə məşğul olmağa hazır olduqlarını bəyan edib. Lakin hazırda əlimizdə olan dəlillər Rusiyanın dialoq və dislokasiya haqda dedilkərinin yalnız sözdə olduğunu, müharibə üçün səfərbərliyi davam etdiyini göstərir" - deyə, rəsmi bildirib.

Rusiya Ukraynaya müdaxilə etmək planlarını inkar edir və NATO-dan Ukrayna və Sovet İttifaqının digər keçmiş respublikalarının üzvlüyə qəbul etməyəcəyi dair zəmanət istəyir.

Birləşmiş Ştatlar və NATO yanvarın sonunda Rusiyaya məktubla müraciətində olduğu kimi dəfələrlə bu tələbin nəzərə alınmayacağını və böhranın sülh yolu ilə həlli üçün uzun və davamlı diplomatik səylərin gərək olduğunu bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı bildirib ki, Rusiya ABŞ-ın məktubuna yazılı cavabını günün sonunda təqdim edəcək.

Həmçinin cümə axşamı Ukrayna qüvvələri ilə Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi üsyançılar bir-birini atəş açmaqda ittiham edib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın zorakılığın alovlanmasından dərin narahatlığını bildirib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "təhlükəsizliyin gərgin vəziyyətində Rusiyanın Minsk razılaşmalarını ciddi şəkildə pozmasını" qınağına çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG