Rusiyalı Kamilə Vəliyeva Pekində keçirilən Qış Olimpiya Oyunlarında qadınların fərdi fiqurlu konkisürmə yarışında bir neçə dəfə yıxıldığına görə medal qazana bilməyib.
O, ölkəsini fiqurlu konkisürmə yarışında birinci yerə apardıqdan bəri dopinq qalmaqalı ilə üzləşib.
15 yaşlı gəncin keçən ilin dekabr ayında qadağan olunmuş ürək dərmanına testi müsbət çıxsa da, nəticə keçən həftəyə qədər açıqlanmayıb. İdman Arbitraj Məhkəməsi onun cümə axşamı fərdi yarışda çıxış edə biləcəyinə qərar verib.
Onun medal qazana bilməməsi medalın təqdimat mərasiminin keçiriləcəyi anlamına gəlir. Beynəlxalq Olimpiya Komitəsi Vəliyevanın ilk üçlükdə yer alacağı təqdirdə araşdırmanın nəticələri məlum olana qədər gül mərasiminin keçirilməyəcəyini bildirmişdi.
Qızıl medalı Kamilə Vəliyevanın həmyerlisi Anna Şerbakova ümumi 255,95 xal toplayaraq qazanıb. Rusiyalı Aleksandra Trusova 251,73 xalla gümüş medal qazanıb. Yaponiyalı Kaori Sakamoto isə 233,13 xalla üçüncü yeri qazana bilib.
Yaponiyalı konkisürən Miho Takagi cümə axşamı qadınlar arasında 1000 metr məsafəni qət edərək, Pekin Qış Olimpiya Oyunlarında rekord əldə edib.
Takagi finiş xəttini 1 dəqiqə 13,19 saniyəyə qət edib. İkinci yerə hollandiyalı Yutta Lerdamdan, bürünc medala isə amerikalı Brittani Boy sahib olub.
Qadınların xokkey üzrə yarışında Kanada 3:2 hesabı ilə ABŞ komandasına qalıb gəlib.
Hər iki ölkə 1998-ci ildə Yaponiyada keçirilən 1998-ci il Naqano Olimpiya oyunlarından bəri yarışlarda dominantıq təşki edir.
Kanada bu idman növündə beş qızıl medal qazanıb, ABŞ Pekin Olimpiya Oyunlarında iki qızıl medal qazanıb. Finlandiya çərşənbə günü bürünc medal uğrunda yarışda İsveçrəni məğlub edib.