Accessibility links

Virciniyada qeyri-hökumət təşkilatları əfqan qaçqınlara yardım edir


Virciniyada qeyri-hökumət təşkilatları əfqan qaçqınlara yardım edir
please wait

No media source currently available

0:00 0:02:57 0:00

Virciniyada qeyri-hökumət təşkilatları əfqan qaçqınlara yardım edir

İki yerli qeyri-hökumət təşkilatı Əfqanıstandan yeni gələn ailələrə Şimali Virciniyaya yerləşməyə yardım edir. Hər gün günortadan sonra Virciniya ştatının Sprinqfild şəhərində könüllülər ərazidə məskunlaşan qaçqınlara mebelləri koordinasiya etmək və paylamaq üçün toplaşır.Bu mebellər yeni gələn əfqan qaçqınlar üçündür.

Qeyri-hökumət təşkilatı “Şimali Virciniya Əfqan Ailələrini Birlikdə Köçürür“ və ya RAFT qrupu illərdir bu ərazidə qaçqınlara yardım edir. Daniel Altman “Beləliklə, böhran avqust ayında başlayanda hamı kimi biz də özümüzü pis hiss etdik. Biz yararlı bir şey etməyə çalışırıq. Ən lazımlı olan şey barədə qonşularımızla və icmamızdakı insanlarla məsləhətləşdik. Məqsədimiz böhrandan qaçaraq buraya gələn yeni əfqanları qarşılamağın ən yaxşı yolunu tapmaq idi.“

Zöhrə Kabil təslim olandan sonra ABŞ tərəfindən təxliyə edilən on minlərlə əfqandan biridir. Videoya çəkilməsini istəməyən Zöhrə deyir ki, bəzi mühacirlər günlərlə, bəzən hətta həftələrlə yerdə yatmalı olur. “55 gün hərbi bazada, sonra isə mehmanxanada qaldım. Bir həftə sonra bir yer tapdım və boş bir mənzilə köçdüm. Amma mənzilimiz tamamilə boş olduğu üçün bu agentliyə müraciət etdim və dedim ki, mənzilim boşdur və heç olmasa bir az mebel ala bilərəm.”

Mərcan Dərab əfqan amerikalılar tərəfindən idarə olunan “Fresh Start” qeyri-hökumət təşkilatında könüllü olaraq çalışır. “Bu, bizim şəxsi məsələmizdir. Bu insanlarla əlaqə yaratmaq, onların ailələri ilə tanış olmaq, onlara Şimali Virciniya bölgəsindəki icmamızın faydalı olduğunu bildirmək bizim xoşumuza gəlir. Biz onlar üçün buradayıq. Biz onları dəstəkləyirik”.

Təxminən 60 könüllü həftədə azı iki mənzili mebellə təmin etməyə yardım edir. Bəzi könüllülər hər həftə 40 saatdan çox vaxtını yeni gələn qaçqınlara kömək etməyə həsr edir. “Mən işimə gənc qadını, gənc bir qızı maşınla ingilis dilindən test keçmək üçün aparmaqla başladım və bu, mənim onlarla könüllü olaraq həftədə təxminən 40-60 saat işləməyimə səbəb oldu. Onların harasa getməyə və ya mənzillərinə mebel axtarmaq üçün yardıma ehtiyacı var”.

Hər iki qeyri-hökumət qrupunun könüllüləri həmçinin yeni gələn əfqanlara sürücülük vəsiqələri almağa, ingilis dilini öyrənmək üçün noutbuklar əldə etməyə və uşaqlarını məktəblərdə qeydiyyatdan keçirmələrinə yardım edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG