Accessibility links

Milyonlarla britaniyalıya güclü külək səbəbindən evdən çıxmamaq tövsiyə olunub


Milyonlarla britaniyalı güclü külək və dağıntıların havada uçması qorxusu səbəbilə cümə günü səyahət planlarını ləğv etmək və evdə qalmaq tövsiyə edilib. Belə ki, bu həftə ikinci böyük fırtına İngiltərənin cənubunda hava ilə bağlı nadir "qırmızı" xəbərdarlığına səbəb olub.

Britaniyanın Meteorologiya Bürosunun bildirdiyinə görə, Yunis qasırğası açıq sahil ərazilərində saatda 145 km-i keçə bilən küləklərlə əhəmiyyətli dağıntılara və təhlükəyə səbəb ola bilər.

Meteorologiya Bürosu İngiltərənin cənub-qərbində səhər saat 7-dən günortaya qədər, cənub-şərqində və Londonda isə səhər saat 10.00-dan 15.00-a qədər həyat üçün təhlükəli "qırmızı" xəbərdarlıq edib.

Sürəti saatda 129 km-ə qədər olan küləklə bağlı daha aşağı səviyyəli, "sarı" xəbərdarlıq səhər saat 5-dən axşam 9-a qədər bütün Britaniyanı əhatə edir.

Hökumət fırtına ilə bağlı müzakirələr aparmaq üçün COBRA fövqəladə komitəsinin iclasını cümə günü axşam keçirməyə hazırlaşır.

Ətraf Mühit Agentliyi 10 güclü daşqın xəbərdarlığı edib ki, bu da hava şəraitinin həyat üçün təhlükə yaratdığının daha bir göstəricisidir.

London Eye, Legoland və Warwick Castle da daxil olmaqla, Britaniyadakı bir sıra turistik yerlər müvəqqəti olaraq bağlanır.

"Mən bütün londonluları evdə qalmağa, risk etməməyə və çox vacib olmadıqca səyahət etməməyə çağırıram" - deyə, Londonun mer Sadiq Xan bildirib.

Britaniyadakı bütün qatar operatorları da sərnişinləri cümə günü səyahətdən çəkinməyə çağırıb.

British Airways Londonun Hitrou hava limanında gecikmələr barədə xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG