Accessibility links

AXCP üzvlərinin hədələndiyini bildirir, polis təkzıb edir


Fevralın 19-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər (Bakıdan 32 kilometr şimal) şöbəsinin üzvləri yerli polis idarəsinə çağırılaraq və ya zorla aparılaraq, siyasi mənsubiyyətlərinə görə hədələniblər.

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, AXCP Sumqayıt şəhər şöbəsi bu il fevralın 13-də online rejimdə geniş tərkibli toplantı keçirib.

“Bundan sonra keçən 6 gün ərzində şəkillərdən tanıdıqları AXCP üzvlərini Sumqayıt Şəhər Baş Polis İdarəsinə çağıraraq onlara hədə-qorxu gəliblər. Üzvlərdən birinin telefonunun şifrəsini zorla açdıraraq şöbənin vatsap qrupundakı hər kəsi müəyyənləşdirəndən sonra 20 nəfərə yaxın AXCP üzvünü polis idarəsinə çağırıblar. Zorla aparılan üzvlər də olub,” AXCP bildirir.

Öz növbəsində, Daxili İşlər Nazirliynin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, hansısa şəxslərin polis orqanında təzyiqə məruz qalması ilə bağlı səsləndirilən iddialar əsassızdır.

“Bu iddiaların həmin şəxslər təərfindən irəli sürülməsi ənənəvi hal alıb. Polis tərəfindən siyasi mənsubiyyətindən asılı olmayaraq, heç bir şəxs təzyiqə məruz qalmır,“ o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG