Accessibility links

Pekin Qış Olimpiya Oyunları başa çatdı


Pekin bazar günü gecəsi Olimpiya məşəlini söndürərək, anti-COVID-19 tədbirləri və 15 yaşlı rusiyalı Kamilə Vəliyevanı bürüyən konkisürmə dopinq qalmaqalı ilə bağlı qəzəbi ilə yadda qalacaq oyunları bağlı elan edib.

Çin Prezidenti Si Jinpinq Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın bağlandığını elan etməzdən əvvəl Pekin oyunlarını "həqiqətən müstəsna" adlandırdığı "Quş yuvası" stadionunda qar dənəciyi mövzusunda mərasimdə iştirak edib.

"Qapalı dövrə" içərisində olan Pekin oyunları COVID-19 tərəfindən şənliyinin çox hissəsindən məhrum edilən altı ayda ikinci Olimpiada idi. Onları siyasət də izlədi, bir neçə ölkə Çinin insan haqları vəziyyəti və Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı diplomatik boykot etdi, prezident Vladimir Putin açılış mərasimində Si ilə Qərbə qarşı həmrəylik nümayişi olaraq iştirak etdi.

Çin bu dəfə də uyğur müsəlman azlığına və ya başqalarına qarşı rəftarına görə rəqiblərin utancverici etirazlarından xilas oldu və minlərlə xarici jurnalist hadisələri daha geniş işqlandırmaq imkanından məhrum olaraq qapalı dövrədə qaldı.

Bazar günü axşam mərasimi "bir dünya, bir ailə"ni ifadə edən 90 saniyəlik atəşfəşanlıq və ardınca "Auld Lang Syne" mahnısının ifası ilə başa çatdı.

Mərasim zamanı Tomas Bax Pekinin təşkilatçılarını alqışlayaraq, birliyə, eləcə də COVID-19 peyvəndlərinə universal çıxışa çağırış etdi.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG