Accessibility links

Təbriz bələdiyyə başqanı korrupsiyaya qarşı mübarizə apardığı üçün vəzifədən kənarlaşdırıldığını deyir


Abbas Rəncbər, Təbrizin sabiq bələdiyyə başqanı
Abbas Rəncbər, Təbrizin sabiq bələdiyyə başqanı

Şənbə günü şəhər şurası tərəfindən vəzifədən uzaqlaşdırılan Təbriz bələdiyyə başqanı Abbas Rəncbər korrupsiya ilə mücadilə etdiyi üçün hiylə ilə vəzifədən kənarlaşdırıldığını irəli sürür.

Abbas Rəncbər fevralın 19-da şəhər şurasının təşkil etdiyi sorğulama (istizah) iclasının ardınca şuranın 13 üzvündən 9-unun səsi ilə vəzifədən kənarlaşdırılıb.

Mətbuatda yayılan xəbərlərə görə, sabiq bələdiyyə başqanı “zəif performansı”, “özünümərkəzlik”, “şuranın qərarlarına əhəmiyyət verməmək” və “ümumi narazılığın artması” kimi səbəblər üzündən sorğulanıb.

Abbas Rəncbər təqribən 6 ay əvvəl Təbriz bələdiyyə başqanı təyin edilmişdi. Rəncbərin kənarlaşdırılmasından sonra Təbriz bələdiyyəsinin müdirlərindən olan Mehdi Yusufi başqan əvəzi təyin olunub.

Rəncbər ona qarşı “dosye tərtib edildiyini” iddia edir.

Dövlət agentliyi İRNA-ya istinadən, Abbas Rəncbər deyib ki, “mən korrupsiya ilə mücadilə etdiyim üçün bədəl ödəyirəm. Bu vəzifəni qəbul etdiyim gündən bəri şəhər şurasının bir neçə üzvünün bəzi tələbləri var idi. Onlar bələdiyyədəki təyinatlar ilə bağlı bəzi şəxsləri mənə tövsiyə edirdilər. Mən o tələblərə təslim olmadım və bu gün bunun bədəlini ödəyirəm.”

XS
SM
MD
LG