Accessibility links

ABŞ-da yoluxma və xəstəxanaya yerləşdirilmə halları azalmaqda davam edir


ABŞ-da COVID-19-a gündəlik yoluxma halları və xəstəxanaya yerləşdirilmələrin sayı azalmaqda davam edir. Bu, omikron variantının ölkə daxilində zəifləməsinin göstəricisi hesab edilir.

Cons Hopkins Universitetinin məlumatlarına görə, şənbə günü təsdiqlənmiş halların ümumi sayı 100 mindən bir qədər artıq olub. Bu, beş həftə əvvəl, yanvarın 16-dan təxminən 800850 ilə müqayisədə kəskin azalma deməkdir.

Nyu Yorkda son iki həftə ərzində yoluxmaların sayı 50%-dən çox azalıb.

"Fikrimcə, azalmaya səbəb əlbəttə ki, omikronun yoluxdura biləcəyi insanların sayının azalmasıdır" - deyə, Baffalo Universitetinin Cakobs Tibb və Biotibbi Elmlər Məktəbinin Yoluxucu Xəstəliklər şöbəsinin rəhbəri, professor Tomas Russo bildirib.

İctimai səhiyyə ekspertləri yoluxma hallarının daha da azalmalacağına və ölkənin pandemiyadan ardıcıl və proqnozlaşdırıla bilən bir "endemiya" vəziyyətinə keçəcəyinə ümid etdiklərini deyir.

İctimai səhiyyə mütəxəssisləri daha çox azalmaların olacağına və ölkənin pandemiyadan daha ardıcıl və proqnozlaşdırıla bilən bir "endemik" vəziyyətə keçəcəyinə ümid etdiklərini söylədilər.

Bununla belə, bir çoxları ABŞ-da vaksinasiya səviyyəsinin gözləniləndən daha aşağı olması ilə bağlı narahatlıqlarını ifadə edir və bu narahatlıqlar COVID-19 məhdudiyyətlərinin qaldırılması ilə daha da artır.

ABŞ-ın bir çox ştatlarının rəsmiləri koronavirus pandemiyasının ictimai səhiyyə böhranı hesab edilməsi kimi mövqedən çəkildiklərini və bunun əvəzinə siyasətlərini profilaktikaya yönəldiklərini bildirərək, məhdudiyyətləri azaltmağa başlayıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG