Accessibility links

Koronavirus pandemiyası nə vaxt bitəcək?


Bu, çoxlarının təxminən iki ildir verdiyi sualdır: koronavirus pandemiyası nə vaxt bitəcək?

“Epidemioloji baxımdan, biz bilmirik. Ola bilsin ki, daha bir və ya iki aydan sonra - ən azı burada, Birləşmiş Ştatlarda ortaya çıxan narahatlığın başqa variantları yoxdursa. Sosial baxımdan mən düşünürəm ki, biz artıq pandemiyanın bitdiyi nöqtədəyik. Bir çox ştatlar maska mandatlarını aradan qaldırır. Biz insanların mahiyyətcə həyatlarına davam etdiklərini görürük" - deyə, Miçiqan Universitetinin Tibb Tarixi Mərkəzinin direktor köməkçisi C. Aleksander Navarro deyib.

2022-ci ilin fevralın 16-da ABŞ-da təxminən 78 milyon insan COVID-19-a yoluxub və onlardan 923 067 nəfər ölüb. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, ABŞ əhalisinin 76 faizi COVID-19 peyvəndinin ən azı bir dozasını alıb.

Kolorado Boulder Universitetinin molekulyar, hüceyrə və inkişaf biologiyası üzrə professoru Sara Soyer 2021-ci ilin noyabrında ortaya çıxan COVID-19 variantı omikron sayəsində sonun nəhayət görünə biləcəyi ilə razılaşır.

Soyer deyir: "Bu, əslində peyvənd olunmuş və əvvəlki infeksiyalara yoluxmuş insanlarda virusların omikron kimi bu nəhəng dalğalarda yayılmasını həqiqətən çətinləşdirəcək."

Mütəxəssislər ABŞ-da insanların 70%-dən çoxunun ya peyvənd olunduğunu və ya koronavirus infeksiyasından sağaldığını proqnozlaşdırır.

Soyer əlavə edib ki, faktiki infeksiyaya yoluxanlar üçün əlavə bonus onların bu virusa qarşı daha mükəmməl toxunulmazlıq sistemlərini inkişaf etdirmələridir. Bir virus endemik hala gəldikdə, ümumiyyətlə pandemiya "bitmiş" sayılır.

COVID-19 heç vaxt tamamilə yox olmasa da, gələcək variantların keçmişdəki kimi ağır olacağı gözlənilmir.

1918-ci ildə dünyada 50 milyona qədər insanın ölümünə səbəb olan qrip pandemiyası zamanı amerikalılar məhdudludiyyətlərdən yorulmuş və qripin qarşısının alınması tədbirlərindən vaxtından əvvəl imtina etmişdilər. Qrip pandemiyasının daha iki dalğası ABŞ-ı vurmuş və daha çox ölümlərlə nəticələnmişdi.

COVID-19 və 1918-ci il qripi pandemiyası arasında bəzi paralellər aparılsa da, keçmişə baxmaq bu gün mövcud olan qabaqcıl bilik və texnologiyaya görə bu pandemiyanın nə vaxt sona çata biləcəyi üçün həmişə yaxşı barometr deyil.

Epidemioloqlar pandemiyanın bitdiyini elan etdikdə, cəmiyyətin nə qədər xəstəliyi qəbul etməyə və dözməyə hazır olması ilə çox əlaqəsi var.

COVID-19 qrip kimi ola bilər və hər il on minlərlə amerikalını, əsasən də həssas tibbi kateqoriyalara aid olanları öldürə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG