Accessibility links

Amsterdamda Apple Store-da girov götürülən şəxs azad edilib


Amsterdam şəhərindəki Apple Store mağazasında girovla bağlı saatlarla davam edən qarşıdurma çərşənbə axşamı gecə polisin avtomobili mağazadan qaçan girovdarın üzərinə sürməsindən sonra başa çatıb. Polisin bildirdiyinə görə, girov götürülən şəxs salamatdır.

Polis Twitter səhifəsində yazıb: "Girov götürən şəxsin Apple Store-dan çıxdığını təsdiqləyə bilərik. O, küçədə uzanıb və robot onun üzərində partlayıcı olub-olmadığını yoxlayır. Silahlı polis əməkdaşları onu uzaqdan nəzarətdə saxlayır. Girov salamatdır."

Daha sonra polis həmin şəxsin üzərində partlayıcı qurğu olmadığını və tibb işçilərinin onu müayinə etdiyini bildirsə də, onun vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib.

Hadisənin səbəbi dərhal açıqlanmayıb. Yerli AT5 telekanalı qarşıdurmanın silahlı soyğunçuluq cəhdinin nəticəsi olduğunu bildirib. Telekanalın bildirdiyinə görə, şahidlər atəş səsləri eşidildiyini bildiriblər.

Onlarla polis, eləcə də ağır silahlı hərbi mütəxəssis qrupları mağazanın ətrafına toplaşaraq yaxınlıqdakı Leydsepleyn meydanını boşaldıb, ətrafda yaşayan insanlara evdə qalmağı, mağaza və kafelərdəki insanlaı küçəyə çıxmamağı tapşırıb. Bar və restoranların əhatə etdiyi meydan Hollandiya paytaxtının əsas ticarət küçələrindən birinə yaxındır.

Polis qarşıdurma zamanı onlarla insanın binanı tərk edə bildiyini desə də, məşhur mağazadakı vəziyyətlə bağlı ətraflı məlumat verməyib.

İnsanları mağazadan uzaqlaşdırmaq üçün polis cərgələri qurulub, səmada vertolyotun uçduğu müşahidə olunub. Polis insanlardan "təhlükəsizlik səbəbilə" görüntüləri dərc etməməyi və ya canlı yayımlamamağı xahiş edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG