Accessibility links

Fəallar Rusiyanın Azərbaycandakı Səfirliyinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib


Activists tried to protest in front of the Russian Embassy in Azerbaijan
Activists tried to protest in front of the Russian Embassy in Azerbaijan

Bu gün, fevralın 24-də ictimai-siyasi fəallar Elman Quliyev və Orxan Baxışlı (AXCP üzvü) Rusiyanın Bakıdakı Səfirliyinin binası qarşısında bu ölkənin Ukraynaya hərbi təcavüzünə etiraz olaraq aksiya keçirməyə cəhd edib.

Fəallar bildirib ki, Azərbaycan xalqının iradəsi olmadan Rusiya ilə müttəfiqlik haqqında bəyannamə imzalanıb.

Elman Quliyev bildirib ki, hazırda baş verən müharibə aktıdır, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsddir, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Fəallar bəyanatlarını Rusiya Səfirliyinə təqdim etmək istəyərkən polis tərəfindən saxlanılıblar.

Saxlanılan fəalla bağlı Daxili İşlər Nazirliyindən hələ münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG