Accessibility links

Bayden Moskvaya yeni sanksiyaları elan etdi


Bayden Moskvaya yeni sanksiyalar tətbiq etdi
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Prezident Co Bayden Rusiyanın Ukraynaya qarşı “əsassız və təxribat olmadan” keçirdiyi hərbi hücumu pisləyib və Moskvaya qarşı növbəti sanksiyalar paketi tətbiq edib.

Rusiya prezidenti Vladimir Putin hava zərbələri və sərhəddən quru qoşunlarla genişmiqyaslı hərbi hücumun başlandığını elan etdiyi vaxt Kyivi sirena səsləri bürüyüb.

Ukrayna prezidenti Vladimir Zelenski vətəndaşları silaha sarılmağa çağırıb. O cümə axşamı səhər Moskvaya qarşı yeni sanksiyaların tətbiq edilməsi məsələsini Böyük Yeddilərin liderləri ilə koordinasiya edən ABŞ prezidenti Co Baydenlə danışıb.

“Biz artıq öz addımlarımızın Rusiyanın valyutasına təsirini görmüşük, rubl bu gün tarixdə heç vaxt olmadığı kimi ən aşağı səviyyəyə çatıb. Rusiya fond bazarı bu gün çöküb, Rusiya hökumətinin borc faizləri 15 faizdən çox artıb”, Prezident Bayden bildirib.

Son paketə Rusiya elitasına qarşı daha çox sanksiyalar, Rusiyanın 13 müəssisəsi üçün borc və kapitala məhdudiyyətlər, ABŞ texnologiyalarının Rusiya hərbi sisteminə ixracın məhdudlaşdırılması və Rusiyanın əsas maliyyə qurumlarına qarşı sanksiyalar daxildir.

“İki ən böyük dövlət bankı olan Sberbank və VTB, bu iki bank Rusiya maliyyə sistemində ən ixtisaslaşmış, iri və sistemli banklardandır. Ona görə də hesab edirəm ki, ölkədə dollarla aparılan əməliyyatların əksəriyyətini həyata keçirən bu iki bankın həqiqətən də sanksiyalara məruz qalması olduqca vacibdir”, Xarici Əlaqələr Şurasının eskperti Haydi Krebo-Rediker bildirib.

Ukraynaya təzyiq göstərmək üçün Rusiya ilə birgə hərbi təlimlər keçirən Kremlin müttəfiqi Belarus da sanksiyalara məruz qalıb.

ABŞ və müttəfiqləri Moskvanı bütün dünyada minlərlə bankı birləşdirən mühüm maliyyə şəbəkəsi olan SWIFT bank sistemindən kənarlaşdırmaq üçün addım atmayıb. Onlar şəxsən Putinə də sanksiya tətbiq etməyib. Lakin bu variantlar masa üzərində qalır.

Reuters agentliyi və Ipsos qrupunun sorğusuna əsasən, amerikalıların 69 faizi Rusiyaya qarşı əlavə sanksiyaları dəstəkləyir.

Lakin amerikalıların 62 faizi ABŞ hərbi qüvvələrinin Ukraynanı müdafiə etmək üçün göndərilməsinə qarşıdır. Bayden dəfələrlə bunu etməyəcəyini bildirib.

“Qərb liderlərinə Ukraynanı müdafiə etmək üçün birbaşa hərbi gücdən istifadə edilməsinin nə qədər qeyri-real görünməsindən asılı olmayaraq, bunu etmək istəmədiklərini reklam etməyə ehtiyac yox idi”, Chatham House araşdırma mərkəzinin təhlilçisi Keir Cayls bildirib.

ABŞ bu yaxınlarda Polşa və Rumıniyaya yerləşdirilən minlərlə əsgərdən əlavə, NATO müttəfiqlərini əmin etmək üçün cümə axşamı Almaniyaya 7000 əsgər göndərib.

Bu arada, NATO-nun 100-dən çox döyüş təyyarəsi və 150 mindən çox hərbçisi yüksək hazırlıq vəziyyətinə gətirilib. NATO liderləri növbəti addımlarını müzakirə etmək üçün cümə günü virtual olaraq görüş keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG