Accessibility links

Dünya liderləri Putini qınayır və Ukraynaya hücumu dayandırmağa çağırır


Dünya liderləri Putini qınayır və Ukraynaya hücumu dayandırmağa çağırır
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Dünya liderləri Rusiya prezidenti Vladimir Putinin Ukraynaya genişmiqyaslı hücumunu pisləyib və bunu səbəbsiz, amansız müharibə adlandırıblar. NATO-nun baş katibi Yens Stoltenberq “Qitəmizdə sülh pozulub” deyib.

Stokholm, Paris, Tokio, Berlin və dünyanın digər şəhərlərində insanlar Rusiya səfirlikləri qarşısında küçələrə çıxıb.

Lakin ən dramatik görüntülər Rusiyanın bir sıra şəhərlərindən, o cümlədən polisin prezident Vladimir Putinin qonşu Ukraynaya hərbi müdaxiləsinə etiraz etməyə gələn yüzlərlə insanı saxladığı Sankt-Peterburq və Moskvadan gəldi.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres Putini hərbi əməliyyatları dayandırmağa və əsgəri qüvvəsini Rusiyaya qaytarmağa çağırıb.

Antonio Quterres, BMT-nin Baş katibi

“Gələcək günlərdə veriləcək qərarlar dünyamızı dəyişəcək və milyonlarla insanın həyatına birbaşa təsir edəcək.”

NATO-nun Baş katibi Yens Stoltenberq “qitədə sülhün pozulduğunu” və NATO-nun öz üzvlərini müdafiə etmək üçün cavab verəcəyini deyib.

Yens Stoltenberq, NATO-nun Baş katibi

“Şimali Atlantika Şurası bu gün ali hərbi komandirimiz general Tod Woltersin müraciəti ilə müdafiə planlarımızı aktivləşdirməyə qərar verdi. Bu, böhran zamanı müttəfiq dövlətləri qorumaq üçün ehtiyatlı və müdafiə xarakterli addımdır.”

Ağ Evdə prezident Co Bayden Moskvaya qarşı yeni sanksiyalar elan edərək, Putinin hücumun ağır bədəlini ödəyəcəyini bildirib.

ABŞ prezidenti Co Bayden

“Putinin Ukraynaya təcavüzü Rusiyaya iqtisadi və strateji baxımdan baha başa gələcək. Biz buna çalışacağıq. Putin beynəlxalq səhnədə təcrid olunacaq. Rusiyanın Ukraynaya qarşı açıq təcavüzünü dəstəkləyən hər bir ölkə bu birliyə görə ləkələnəcək”.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü vəziyyətin nəzarətdən çıxmaması üçün bütün tərəfləri “təmkinli olmağa” çağırıb.

Putin Moskvada virtual olaraq bir qrup böyük biznes liderləri ilə görüşərək, beynəlxalq sanksiyalar və qınaqlar qarşısında onları sakitləşdirməyə çalışıb. Onun sözlərinə görə, Rusiya qlobal iqtisadiyyatın bir hissəsi olaraq qalmaq istəyir və buna zərər vurmaq niyyətində deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG