Accessibility links

Sadiq İsabəyli: İrandakı işçi etirazları iqtisadi ədalətin şüarda qaldığını göstərir


Son bir neçə ay ərzində İranda müxtəlif sektorlarda çalışan işçilər yüzlərlə piket və etiraz aksiyası təşkil ediblər. Mitinqlərdə ən çox “maaşların bərabərləşdirilməsi” tələbi gündəmə gətirilir.

please wait

No media source currently available

0:00 0:15:43 0:00

Siyasi şərhçi Sadiq İsabəyli Amerikanın Səsi ilə söhbətdə deyir ki, işçi aksiyaları İslam Respublikasında iqtisadi ədalətin şüarda qaldığını göstərir. İsabəyli müsahibədə işçi mitinqləri və İran Azərbaycanında yoxsulluq və mühacirət problemi haqqında danışıb.

Hakimiyyət Azərbaycanın potensiallarından bölgənin öz əhalisinin istifadə etməsinə şərait yaratmır.

“İşsizlik, yoxsulluq və mühacirət hər zaman Güney Azərbaycanın əsas məsələlərindən olublar. Mərkəzi hakimiyyət bölgəyə biganə yanaşır və heç bir şey ayırmır. Azərbaycanın potensiallarından bölgənin öz əhalisinin istifadə etməsinə şərait yaratmır. Bu azalırmı? Yox, əksinə getdikcə çoxalır. İşsizlərin sayına, iş yerlərinin qapadılmasına və gənclərin mühacirətə meyilli olmasına baxanda, biz bunu görürük. Rəsmi açıqlamalarda da mühacirətin artdığını görürük,” İsabəyli söyləyir.

İran Azərbaycanında yerləşən qızıl, mis və digər qitmətli daş mədənlərinin gəliri hazırda ən çox müzakirə edilən mövzulardan biridir. Siyasi fəallar, habelə bəzi millət vəkilləri və yerli siyasətçilər bölgə əhalisinin bu mədənlərin gəlirindən yararlanmadığını önə çəkirlər.

Sadiq İsabəyli deyir, “məsələn Süngün mis mədəni hər il minlər milyard tümən pul qazandırır. Amma bunun müqabilində ondan bölgə insanlarının rifahı üçün, ətraf mühit üçün bir məbləğ ayrılmasını istəyəndə, onu belə vermirlər. Mədənənlərin məsələsi illərdir danışılır. Artıq kütlə içində bununla bağlı bilgilər artıb. Büdcənin paylaşımında mərkəz tərəfindən tətbiq edilən ayrı-seçilik siyasəti görünür. Vilayətlərə ayrılan büdcələri müqayisə edəndə böyük fərq görünür və bu istər-istəməz əhalini oyandırır. Əhali görür ki, onun sərvətlərini, yeraltı qaynaqlarını götürüb aparıb başqa bölgələrdə emal edir, oradan xaricə satırlar. Amma o bölgənin əhalisi onun gəlirindən yararlana bilmir. İşsiz gücsüz buraxılır.”

İşçi etirazlarında səsləndirilən tələblərə baxanda görürük ki, o iqtisadi ədalət ki, bunlar hər zaman şüarını verirlər, bu 42 ildə heç bir halda özünü göstərməyib.

Keçən aylarda İran Azərbaycanı və ölkənin digər bölgələrində müxtəlif sektorlara çalışan yüzlərlə piket və aksiya təşkil ediblər. İşçilər xüsusilə inflyasiyaya uyğun maaş artımının sadəcə bəzi sektorlar və orqanlara çalışanlar üçün tətbiq edilməsinə etiraz edir və maaşların bərabərləşdirilməsini tələb edirlər.

Savalan Araşdırmalar Mərkəzinin ekspertinin dediklərinə görə, “işçi etirazlarında səsləndirilən tələblərə baxanda görürük ki, o, iqtisadi ədalət ki, bunlar hər zaman şüarını verirlər, bu 42 ildə heç bir halda özünü göstərməyib. İşçilərin sosial ədalətdən bəhrələnməsi istiqamətində heç bir iş görülməyib və hakimiyyətə yəni o ideoloji sistemə bağlı olan qüvvələr bütün sərvəti əllərinə keçiriblər. Məsələn Sepahın sərvəti bilinmir haradan əldə olunub. Toplum içində artıq bu sual ortaya çıxır ki, nədən bu qədər imkan olduğu halda sadəcə bəzi qruplar öz ideoloji bağlılıqlarına görə bundan yararlansın, amma milyonlarla işçinin vəziyyəti elə ağır olsun ki, öz ailələrini belə dolandıra bilməsinlər.”

XS
SM
MD
LG