Accessibility links

Xarici İşlər Nazirliyi: Azərbaycan-ABŞ əlaqələrinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik


30 years of US-Azerbaijani diplomatic relations
30 years of US-Azerbaijani diplomatic relations

Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Facebook səhifəsində məlumat paylaşıb.

"Bu münasibətlə Amerika Birləşmiş Ştatlarının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan-ABŞ əlaqələrinin daha da möhkəmlənməsini səbrsizliklə gözləyirik," Xarici İşlər Nazirliyi qeyd edir.

ABŞ-Azərbaycan əlaqələri

Rəsmi məlumatlara görə, ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, diplomatik münasibətlər 28 fevral 1992-ci ildə qurulub. Azərbaycanın ABŞ-da səfirliyi 6 mart 1992-ci ildən, ABŞ-ın Azərbaycanda səfirliyi 16 mart 1992-ci ildən fəaliyyət göstərir.

Azərbaycanın Los Anceles şəhərində Baş Konsulluğu 9 avqust 2005-ci il tarixində təsis olunub. 2010-cu ildən Azərbaycanın Yeni Meksika ştatının Santa Fe şəhərində fəxri konsuluğu mövcuddur.

Azərbaycan və ABŞ arasında 86 sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb.

Azərbaycan Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci ildən fəaliyyət göstərir. 21 üzvü olan qrupun rəhbəri Səməd Seyidovdur.

ABŞ Konqresində 24 mart 2004-cü ildən Azərbaycan üzrə İşçi Qrupu fəaliyyət göstərir.

1993-cü ildən etibarən iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində səfərlər və görüşlər baş tutub.

ABŞ-a ilk rəsmi səfər 1997-ci ldə Prezident Heydər Əliyev tərəfindən həyata keçirilib. Sonuncu dəfə, 2016-cı ilin 30 mart – 1 aprel tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərdə olub.

ABŞ-ın Azərbaycandakı Səfirliyi bildirir ki, ABŞ və Azərbaycan Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və sərmayələri genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə çalışır.

“Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin, ATƏT-in Minsk Qrupu vasitəçiliyi də daxil olmaqla, uzunmüddətli və davamlı siyasi həllinin həyata keçirilməsi səylərini qətiyyətlə dəstəkləyir və regional sabitlik, sülh və rifahı təşviq edir,” ABŞ-ın Azərbaycandakı Səsfirliyi diplomatik münasibətlərin 30-cu ildönümü ilə bağlı qeyd edib.

ABŞ Səfirliyinin məlumatında deyilir ki, Azərbaycanın ABŞ ilə diplomatik münasibətlərinin və Azərbaycanın Sovet İttifaqından ayrılmasının 30-cu ildönümünü qeyd etdiyimiz bir vaxtda Cənubi Qafqazda müstəqillik və demokratiyanın ABŞ-dan böyük tərəfdarı yoxdur.

Li Litzenberger: Biz hər gün Azərbaycan xalqı ilə birgə çalışırıq

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer münasibətlərin 30-cu ildönümündə deyib: “Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar sülhün tapılmasına və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi, nəqliyyat və insanlar arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdır.

Birləşmiş Ştatların bu çoxmillətli dövlət-özəl sektor arasındakı tərəfdaşlığa davamlı dəstəyi Avropanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq, onun karbondan asılılığının azaldılması səylərini dəstəkləmək və Avropaya qaz tədarükünü şaxələndirmək məqsədimizin bir hissəsi idi.

Təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsində də Azərbaycan terrorizmlə mübarizədə ön sıralardadır və NATO-nun Əfqanıstandakı missiyasına öz töhfəsini verib. Biz təhlükəli materialların və narkotiklərin qarşısını almaq və Xəzərdəki enerji ehtiyatlarını qorumaq üçün Azərbaycanla sıx əməkdaşlıq edirik.

Xalqlarımız arasındakı əlaqələr bizi birləşdirir - ABŞ-da təhsil alan tələbələr, mübadilə proqramları, ortaq mədəniyyətin qorunması proqramları üzrə işlər, jurnalistlərə dəstək - biz hər gün Azərbaycan xalqı ilə birgə çalışırıq.”

Erika Olson: Biz Azərbaycanın insan hüquqlarına və əsas azadlıqlarına hörməti gücləndirmək səylərini dəstəkləməyə sadiqik

Dövlət katibinin köməkçisinin müavini Erika Olson 30-cu ildönümündə deyib: “Biz gələcəyə baxarkən, iki ölkə arasında ticarət, təhsil və mədəniyyət əlaqələrini gücləndirməyi səbirsizliklə gözlədiyimiz kimi Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və Avropanın enerji təhlükəsizliyini gücləndirmək səylərini dəstəkləməyə sadiq qalırıq. Biz Azərbaycanın insan hüquqlarına və əsas azadlıqlarına hörməti gücləndirmək səylərini dəstəkləməyə sadiqik. Biz Azərbaycanla və regiondakı digər dövlətlərlə davamlı sülhün əsaslarını yaratmaq üçün çalışacağıq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG