Accessibility links

Yalçın Qəhrəmanoğlu: Azərbaycanlılar Ukraynanın müdafiəsində aktiv iştirak edir


Yalchin Gahramanoglu
Yalchin Gahramanoglu

“Dünən, gündüz saatlarında Kyivə raket hücumu oldu. Amma bu gecə sakitlik olub. İnsanlar zirzəmnilərdə gecələyir.”

Bu barədə Azərbaycanın Ukraynadakı Diaspor Təşkilatının fəalı Yalçın Qəhrəmanoğlu Amerikanın Səsinə müsahibəsində bildirib.

Yalçın Qəhrəmanoğlu: Azərbaycanlılar Ukraynanın müdafiəsində aktiv iştirak edir
please wait

No media source currently available

0:00 0:04:01 0:00

Yalçın Qəhrəmanoğli ailəsi ilə birgə 13 ildir Kyivdə yaşayır.

Onun sözlərinə görə, bu gecə Kyivdən 150 kilometr aralıda yerləşən Çerniqov şəhərinə üç dəfə raket zərbəsi endirilib.

“Raketlərdən biri uşaq bağçasına, biri çoxmərtəbəli yaşayış binasına, üçüncü raket isə mağazaya dəyib. Bizim o şəhərdə qohumlarımız, həmyerlilətimiz yaşayır. Rusiya işğalçı ordusu Çerniqovda çox acınacaqlı vəziyyət yaradıb. Orada tarixi abidə kimi qorunan bir kinotetrı da dağıdıblar,” o qeyd edib.

Onun fikrincə, insanlar arasında ruh yüksəkliyi var.

“Ukrayna xalqı vətənini sonadək müdafiə edəcək. Ukrayna xalqı müdafiəsini davam etdirir, müqavimətini göstərir. Qəhrəman Ukrayna xalqının Rusiya işğalına qarşı əzmkar mübarizəsinin 4 günü arxada qaldı. Ukrayna xalqı rus mifini dağıdıb, Rusiya Ordusunu cəbhənin bütün istiqamətlərində məhv edir. Rusiya Ordusu çoxlu sayda əsgəri qüvvəsini, texnikasını itirib. Vəziyyət o yerə çatıb ki, kəndlərdə rus əsgəri silahı yerə atıb ukraynalılardan yemək istəyir.”

Qəhrəmanoğlunun sözlərinə görə, Ukraynada yaşayan çoxsaylı azərbaycanlı Ukraynanın müdafiəsində iştirak edir.

“Çoxlu sayda azərbaycanlı könüllü olaraq Ukrayna özünümüdafiə dəstələrinə yazılıb. Burada şəhərin, hər bir məhəllənin qorunması üçün özünümüdafiə dəstələri yaradılır. Onlara silah verirlər. Azərbaycanlılar Ukraynanın müdafiəsində aktiv iştirak edir,” o qeyd edir.

Onun dediyinə görə, Ukraynada yaşayan azərbaycanlılar bu ölkənin haqq mübarizəsini dəstəkləyir.

“Azərbaycan dövlətinin Ukraynada təcili tibbi yardım və yanğınsöndürən avtomobilləri pulsuz yanacaqla təmin etməsi, dərman pereparatları göndərməsi müsbət qarşılanır. Dünən Bakıda Ukraynaya dəstək məqsədi ilə möhtəşəm mitinq keçirilməsi bizi ruhlandırır,” Qəhrəmanoğlu qeyd edib.

XS
SM
MD
LG