Accessibility links

Ukraynalılar Rusiyaya müqavimət göstərməkdə davam edir


Ukraynalılar Rusiyaya müqavimət göstərməkdə davam edir
please wait

No media source currently available

0:00 0:04:24 0:00

Ukraynalılar Rusiyaya müqavimət göstərməkdə davam edir

Ukraynanın paytaxtı Kiyev müqavimətini davam etdirir. Ukraynalılar Rusiyanın səbəbsiz işğalına qarşı şiddətli döyüşlərin növbəti gününə qədəm qoyub. Rusiya prezidenti Vladimir Putinə qoşunlarını geri çəkməsi üçün beynəlxalq təzyiqlər isə artmaqdadır.

Rusiya Kyiv və Ukraynanın digər şəhərlərini bombardmanını gücləndirir. Belarusda iki ölkə arasında danışıqlar başa çatdıqdan bir neçə saat sonra, sülh üçün irəliyə doğru aydın bir işarə olmadan, ancaq danışıqları davam etdirmək razılaşması əldə edilib.

“Silahın lüləsində diplomatiya, tankın qülləsində diplomatiya - bu, əsl diplomatiya deyil. Biz Ukraynalı tərəfdaşlarımız kimi, avropalı müttəfiqlərimiz kimi lüzumsuz qəddar münaqişədən çıxış yolu tapıb-tapmayacağımızı görmək üçün real, substantiv, həqiqi diplomatiya ilə məşğul olmağa hazırıq və istəyirik. Lakin bu diplomatiyanın nəinki qarşıdurma, hətta eskalasiya şəraitində öz bəhrəsini verməsi, effektivliyini sübut etməsi ehtimalı çox azdır”- deyə, Dövlət Departamentinin sözçüsü Ned Prays qeyd edib.

Ukraynalılar daha güclü Rusiya ordusuna müqavimət göstərir. Kreml indi son aylarda sərhəddə yığılmış qoşunların yetmiş beş faizindən istifadə edir. Putin indiyədək heç bir böyük şəhəri ələ keçirə bilməsə də, Pentaqon bunun dəyişə biləcəyi barədə xəbərdarlıq edib.

“Siz bunu öz ölkələri üçün çox ciddi mübarizə aparan, təsir bağışlayan və cənab Putinin bacarıqlarına zərbə vuran ukraynalılara verməlisiniz. Ancaq onlar öyrənəcəklər - ruslar bundan dərs alacaqlar" , Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

Ukrayna prezidenti Volodymyr Zelenski ABŞ və müttəfiqlərini Ukrayna üzərində uçuşlara qadağa zonası barədə düşünməyə çağırıb. Ukraynanın keçmiş baş naziri Oleksiy Honçaruk Amerikanın Səsinə bu addıma ehtiyac olduğunu deyib.

“Bu gün bizim həqiqətən ehtiyac duyduğumuz, sadəcə olaraq Rusiyadan bizə uçan raketləri vurmaq, Rusiya qırıcı təyyarələrinin hava məkanına daxil olmasına imkan verməmək mənasında havadan qorunmaqdır. Sadəcə bizi havadan məhv edilməkdən qoruyun”.

Pentaqon uçuşlara qadağa zonası tətbiq etmək planlarının olmadığını bildirib, lakin ABŞ və müttəfiqləri Rusiyanı qlobal maliyyə xidmətlərindən kəsmək üçün bir sıra görünməmiş addımlar atıblar. Konqresdəki ən nüfuzlu respublikaçılar Ağ Evin addımlarının çox gec atıldığını deyir.

“Administrasiya hansı silahlar üçün daha 350 milyon hərbi yardım elan etməyə tələsib? Hansı qrafikdə? Bəs silahlar yer itirmiş cəsur ukraynalılara necə çatacaq? Beləliklə, Konqres öz nəzarət vasitələrindən istifadə etməlidir ki, biz Ukraynaya lazım olan silahları mümkün qədər tez təmin edək. Eyni şey NATO müttəfiqlərimizin şərq cinahında müdafiəsini gücləndirməyə kömək etmək üçün də keçərlidir” - deyə, Senatdakı azlıq lideri Mitç Makkonnell bildirib.

Prezident Bayden dəfələrlə ABŞ-ın münaqişəyə quru qoşunları göndərməyəcəyinə söz versə də, Ağ Ev Putini maliyyə də daxil olmaqla, cəzalandırmaq üçün hələ də variantların olduğunu deyir.

“Bizim həmişə edə biləcəyimiz daha çox şey var. Amma mən deyərdim ki, Rusiyada maliyyə bazarlarına təsir baxımından gördüyümüz işlər var və mən bəzi təsirləri qeyd etdim, əlbəttə ki, rubla, inflyasiyaya, Rusiyada Mərkəzi Bankın kreditləşməsinə kimi bütün bu addımlar təkcə prezident Putini sıxışdırmır, həm də onun ətrafındakı insanları sıxışdırır və iqtisadiyyata böyük dağıdıcı təsir göstərir və onlar daha əhəmiyyətlidir”, Ağ Evin mətbuat katibi Cen Psaki deyib .

Lakin müharibənin təsiri artıq bütün Avropanı əhatə edir. Birləşmiş Millətlər Təşkilatı Rusiyanın işğalı başlayandan cəmi 5 gün ərzində 520000-dən çox ukraynalının ölkəni tərk etdiyini elan edib.

“Balkan müharibəsindən bəri Avropada ən böyük insan köçünü nadir hallarda görmüşəm” , Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının üzvü Filippo Grandi deyib.

Dövlət katibi Antoni Blinken humanitar böhranı həll etmək üçün əlavə 54 milyon dollar yardım elan edib.

XS
SM
MD
LG