Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi, general-mayor Nizami Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılan cinayət işi üzrə məhkəmə qarşısına çıxarılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbələr məlumatı təsdiq edib.
Yerli media bildirir ki, Məmmədov 80 milyon 618 min manat məbləğində vəsaiti mənimsəməkdə ittiham olunur.
Xatırladaq ki, son bir ayda Müdafiə Nazirliyinin maliyyə idarəsinin 4 keçmiş və indiki vəzifəli şəxsi həbs edilib.