Accessibility links

“Microsoft” Ukraynanın işğalı ilə əlaqədar Rusiyada satış və xidmətləri dayandırıb


Proqram təminatı nəhəngi Microsoft cümə günü elan edib ki, Ukraynaya təcavüzü səbəbilə "Rusiyada Microsoft məhsul və xidmətlərinin bütün yeni satışlarını" dayandırır.

“Bütün dünya kimi biz də Ukraynadakı müharibədən gələn görüntülər və xəbərlərdən dəhşətə gəlirik, qəzəblənirik, kədərlənirik və Rusiyanın bu əsassız və qanunsuz işğalını pisləyirik” - deyə, şirkətdən bildirilib.

Şirkət əlavə edib ki, hökumətin sanksiya qərarlarına uyğun olaraq Rusiyadakı biznesin bir çox aspektlərini dayandırır .

Microsoft əlavə edib ki, Ukraynanın Rusiya kiberhücumlarından müdafiəsi üçün Ukrayna ilə işləməyə davam edəcək və bunun artıq “böyük Ukrayna yayımçısına” hücum zamanı həyata keçirildiyini qeyd edib.

“Müharibə başlayandan bəri biz Ukrayna hökumətinin 20-dən çox informasiya texnologiyaları və maliyyə sektoru təşkilatlarına qarşı Rusiyanın mövqeyinə, dağıdıcı və ya pozucu tədbirlərə qarşı hərəkət etmişik. Biz, həmçinin bir neçə əlavə mülki obyekti hədəf alan kiberhücumlara qarşı da fəaliyyət göstərmişik. Mülki şəxslərə qarşı bu hücumların Cenevrə Konvensiyasını pozması ilə bağlı narahatlığımızı açıq şəkildə bildirmişik” - deyə, Microsoft bildirib.

Bir çox şirkətl Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını və ya məhdudlaşdırdıqlarını açıqladılar. Bunlara Apple, Nike və Dell Technologies daxildir.

Apple bildirib ki, Ukraynadakı mülki insanları qorumaq üçün Maps proqramında dəyişikliklər edir.

Alphabet-in Google-u da daxil olmaqla, texniki şirkətlər Rusiyanın dövlət nəşriyyatlarını xəbərlərindən kənarlaşdırıb.

Rusiyada üç müştərək müəssisə olan Ford Motor rus istehsal tərəfdaşına ölkədəki fəaliyyətini dayandırdığını bildirib.

Motosiklet istehsalçısı Harley-Davidson da velosipedlərinin Rusiyadakı tədarükünü dayandırıb.

Exxon Mobil Corp Rusiyadakı fəaliyyətini dayandıracağını və İngiltərənin enerji nəhəngləri Shell və Rusiyanın ən böyük xarici investoru BP-nin addımlarını izləyərək, Saxalin-1 müəssisəsindən çıxmaq üçün addımlar atdığını bəyan edib.


XS
SM
MD
LG