Accessibility links

Zəncanda bir məhkumun şallaq və edam hökmü icra edilib


Hüquq müdafiəçiləri Zəncanda bir məhbusun 74 zərbə şallaq hökmünün icrasından sonra edam edildiyini bildirib.

İranda baş verən edamlara dair hesabatlar yayan İran İnsan Haqları Təşkilatına (İran HR) istinadən, Murad Salehbəy adlı məhkum bir neçə gün öncə Zəncanın mərkəzi həbsxanasında dar ağacından asılıb.

Avropada qərargahlanan insan haqları təşkilatının xəbərinə görə, “edam mərasimindən əvvəl Salehbəyə 74 zərbə şallaq hökmü tətbiq edilib.”

Əslən Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərindən olan 45 yaşlı Murad Salehbəy 5 il idi ki, həbsdə saxlanılırdı. O, qətl ittihamı ilə mühakimə edilmişdi.

İran HR həmçinin təqribən 10 gün əvvəl Ərdəbildə bir məhkumun edam hökmünün tətbiq edilməsindən öncə infarkt keçirdiyinə dair məlumat yayıb.

“Edam məhkumu Hüccət Ustad Asiyabi Ərdəbilin mərkəzi həbsxanasında dar ağacının altında infrakt keçirdiyi üçün edam hökmü bir ay təxirə salınıb,” insan haqları təşkilatı bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG