Accessibility links

8 Mart Beynəlxalq Qadınlar Günüdür


8 mart Beynəlxalq Qadınlar Günüdür
please wait

No media source currently available

0:00 0:02:37 0:00

8 mart Beynəlxalq Qadınlar Günüdür

Martın 8-i qeyd olunan Beynəlxalq Qadınlar Günü dünyanın diqqətini qadınların vəziyyətinə - gender bərabərliyi, qərəz, stereotiplər və ayrı-seçkiliyə yönəltmək məqsədi daşıyır. Məqsəd dünyanı onlar üçün daha müxtəlif, ədalətli və əhatəli etməkdir.

Məşhur sitatları eşitmişik.

"Hər böyük qadının arxasında başqa bir böyük qadın dayanır."

"Qadına sərmayə qoymaq cəmiyyətə sərmayə qoymaqdır."

"Qadınlar irəlilədikcə dünya da onlarla birlikdə hərəkət edir."

8 Mart Beynəlxalq Qadınlar Günü dünyanı qadınların harada olduqlarına və hansı istiqamətdə getməli olduqlarına diqqət yetirməyə çağırır.

ABŞ Ticarət Palatası Fondu Beynəlxalq Qadınlar Gününü qeyd etmək üçün virtual iki günlük forum keçirib.

Paloma Adams-Allen USAID-dədir.

“Son onilliklərdə real irəliləyiş əldə edilib, lakin qadınlar və qızlar bugünkü qlobal çağırışların təsirlərinin çox qeyri-mütənasib yükünü çiyinlərinə götürməkdə davam edirlər” - deyə, o qeyd edib.

Ölkəsi Rusiya tərəfindən hücuma məruz qalan Ukraynada qadınlar üçün çağırışlar olub.

“Münaqişə davam etdikcə biz qadınların Rusiyanın zorakılıq kampaniyasına müqavimət göstərməkdə, öz icmalarının təcili ehtiyaclarına cavab verməkdə, dezinformasiya ilə mübarizədə, döyüşmək üçün silaha sarılmaqda və diplomatik cəbhədə iştirakda mühüm rol oynadığını görürük” - deyə, USAID-dən Paloma Adams-Allen bildirib.

Mütəxəssislər, həmçinin qeyd ediblər ki, bütün dünyada qadınlar həm evdə, həm də iş yerində həm tibb işçiləri, həm də baxıcılar kimi qlobal COVID-19 pandemiyasına cavab verməkdə yükün böyük hissəsini öz üzərinə götürüblər.

"Uşaq baxımı, qocalara qulluq, evdə qayğı çox vaxt əlçatmazdır, eyni zamanda baxıcı işçilər başqalarının qayğısına qaldıqları kimi öz ailələrinə də baxmağa çalışırlar" - deyə, Ağ Evin Gender Siyasəti Şurasından Raşel Fogelşteyn qeyd edib.

Bu arada, bir çox qadın COVID-19 pandemiyası zamanı işdən uzaqlaşmağa məcbur olub. ABŞ Ticarət Palatasının Fonduna görə, ABŞ-da son iki ildə 3 milyondan çox qadın əmək bazarını tərk edib, qadınların iş yerlərində iştirakı son 30 ildə olduğundan daha aşağı olub.

USAİD-in məlumatına görə, iqlim dəyişikliklərinin sürəti və şiddəti qlobal miqyasda artdığından qadın və qızların təbii fəlakətlər nəticəsində həlak olma ehtimalı daha yüksəkdir.

Qadın hüquqları müdafiəçiləri də yüksək dövlət vəzifələrində və siyasətdə daha çox qadın görmək istəyirlər.

“Biz daha qadının siyasətdə iştirakına ehtiyac duyuruq. Biz əhalinin az qala 49%-ni təşkil etdiyimiz halda belə, hakimiyyət mövqelərində bərabər şəkildə təmsil olunmuruq” - deyə, Konqresin Qadınlar Qrupunun həmsədri Respublikaçı Cennifer Qonzales-Kolon bildirib.

Mütəxəssislər qadınların indiyə qədər əldə etdikləri tərəqqini tərifləyirlər, lakin söhbət gender bərabərliyi, müxtəliflik və əhatəliliyə gəldikdə daha artığını arzulayırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG