Accessibility links

Bakıda “8 Marş” yürüşü keçirildi


The "8 March" march was held in Baku

Martın 8-də bir qrup fəal Bakının mərkəzində qadınların hüquqlarının müdafiəsi çağırışı ilə "8 Marş" yürüşü keçirib.

Fəallar “Qadın qətllərinə, qadın itntiharına susa bilmirik!”, “Ana-bacılar küçələrdə!”, “Zorakılığa susmayın!”, “Qadının yeri inqilabdır!”, “Yaxşı oğlan feminst olar!”, “Dəyərlərinizdən xəbərsizəm, ailə institutunu distant oxumuşam!”, “Evdə döyür, bölmədə öldürür: açması polis!”, “Dağıt şiddət evini, boşa getsin ərini!”, “Sevdiyim mənzərə - patriarxın çöküşü!” və başqa şüarlar qaldırıb.

Aksiyada həmçinin “Vaxtında et həbsləri, Eşidin səsləri!”, “Barışdırma, araşdır!”, “Qadın qətlləri siyasidir!” kimi şüarlar səsləndirilib.

Aksiya polisin müaşiyəti altında keçirilib və fəlların qaldırdığı bəzi şüarlar onlardan alınaraq cırılıb.

Aksiya iştirakçılarından biri deyib ki, bütün insanlar cinsi oriyentasiyasından asılı olmayaraq bərabərhüquqlu olmalıdır.

“Mən istəyirəm ki, cəmiyyətimiz kişi cəmiyyəti deyil, vətəndaş cəmiyyəti olsun,” o qeyd edib.

Feminist Hərəkatının bəyanatında deyilir ki, yürüş iştirakçıları Azərbaycanda çoxsaylı qadın qətllərinə, qadın itniharlarına, gender əsaslı ayrıseçkiliyə, məişət zorakılığına, cinsi zorakılığa, azyalıların evliliyinə susa bilmir.

"Biz bəyan edirik, ifadə azadlığımızın və sərbəst toplaşmaq azadlığımızın qarşısını heç bir güc ala bilməz. Biz Azərbaycan hökumətindən tələb edirik: Qadınlara qarşı zorakılıq və qətllərin qarşısını almaq üçün effektiv tədbirlər həyata keçirilsin. Qadınlara qarşı baş verən cinayətlər qanunauyğun və ədalətli araşdırılsın. Cinayətkatlar məsuliyyətə cəlb olunsun. İstanbul konvensiyası qəbul edilsin. Qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələr aradan qaldırılsın. Gender və cinsi oriyentasiyasından asılı olmayaraq hər kəsin bərabər hüquqları təmin edilsin,” sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG