Accessibility links

8 Mart - Ukraynalı qadınlar üçün bayram deyil


Bu gün qadınlar üçün qlobal bir gündür. Lakin ərlər, qardaşlar və ataları ölkələrini Rusiyanın işğalından qorumaq üçün geridə qaldıqları Ukraynadan qaçan bir çox qadınüçün stressli bir vaxtdır.

Çərşənbə axşamı günü Ukraynadan qaçan insanların sayı 2 milyona çatıb. Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə, Avropada İkinci Dünya Müharibəsindən bəri ən sürətli köç qeydə alınıb.

UNICEF-in sözçüsü Ceyms Elder tvitter hesabında yazıb ki, onlardan bir milyonu uşaqlardır və bunu "qaranlıq tarixi bir başlanğıc" adlandırıb.

Polina Şulqa həqiqəti gizlədərək 3 yaşlı qızının yolunu asanlaşdırmağa çalışıb.

"Əlbəttə ki, uşaqla səyahət etmək çətindir, amma mən ona başa saldım ki, biz tətilə gedirik və bir gün müharibə bitəndə mütləq evə gələcəyik",- deyə, Şulqa bildirib.

O, Ukraynanın paytaxtı Kyivdən Macarıstana getldikdən sonra nə olacağını bilməsə də, təcrübənin onu daha da gücləndirəcəyinə inanırdı.

"Uşağıma görə məsuliyyət daşıdığımı hiss edirəm, ona görə də bu addımı atıb getməyim daha asan oldu" - deyə, o əlavə edib.

Ukraynanın şərqindəki Donetskdən olan Nataliya Levçenko da eyni hissləri keçirirdi.

"Ümumiyyətlə mən davam edən bir növ dəhşətli yuxudayam. Qızım olmasaydı, bir növ abstraksiyaya düşərdim. Özümə gələ bilməzdim" - deyə, təqaüddə olan müəllimə bildirib.

Ukrayna hökumətinin 18-60 yaş arası kişilərin ölkədən çıxmasını qadağan edən fərmanı o deməkdir ki, Ukraynadan qaçanların əksəriyyəti qadın və uşaqlardır. Bu siyasət kişiləri Rusiyanın işğalına qarşı mübarizə üçün qeydiyyatdan keçməyə təşviq etmək və ya onları hərbi xidmətə çağırmaq üçün nəzərdə tutulub.

Ukrayna Prezidenti Vladimir Zelenski video-müraciətində Beynəlxalq Qadınlar Günü ilə bağlı deyib: "Ukraynalılar, biz adətən bu bayramı, bahar bayramını qeyd edirik. Biz qadınlarımızı, qızlarımızı, arvadlarımızı, analarımızı təbrik edirik. Amma bu gün yox. Bu gün ənənəvi sözlər deyə bilmərəm. Sadəcə sizi təbrik edə bilmirəm. Bu qədər ölüm olanda bacarmıram. Bu qədər kədər, bu qədər iztirab olanda. Müharibə davam edəndə."

Polşanın sərhədə yaxın Przemysl şəhərindəki Ukrayna Mədəniyyət Mərkəzindəki teatrda qadınlar müvəqqəti sığınacaq tapıb. Bəziləri xəbər almaq üçün telefonlarını yoxlayır. "

Yelena Makarova Polşadakı Medıka sərhəd-keçid məntəqəsində anası və yeniyetmə qızı ilə Kremençukdan tələsik uçuşunu həyatının sonu hesab etdiyini deyib. Atası, əri və qardaşı geridə qalıb.

"Kaş ki, (müharibə) mümkün qədər tez bitə, bir ana üçün bundan pis nə ola bilər? Mən başa düşə bilmirəm ki, uşaqlarımız niyə ölür. Bilmirəm".

XS
SM
MD
LG