Accessibility links

Vitse-prezidenti Rumıniyada ABŞ-ın NATO qarşısındakı öhdəliyini təkrarlayıb


ABŞ-ın vitse-prezidenti Kamala Harris cümə günü Rusiyanın Ukraynaya müdaxiləsi qarşısında ABŞ-ın Şərqi Avropadakı NATO müttəfiqlərinə sadiqliyini bir daha təsdiqləyib.

Buxarestdə keçirilən danışıqlardan sonra Rumıniya prezidenti Klaus İohannislə yanaşı çıxış edən Harris deyib ki, ABŞ-ın NATO nizamnaməsinin 5-ci “birinə hücum, hamıya qarşı hücumdur” maddəsinə sadiqliyi “dəmir örtüklüdür”.

"Biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik" - deyə, Harris əlavə edib. Amerika vitse-prezidenti qeyd edib ki, Birləşmiş Ştatlar son həftələrdə Şərqi Avropadakı NATO qüvvələrinə 1000 üzv əlavə edərək, bölgədəki ABŞ qoşunlarının ümumi sayını 2000-ə çatdıracaq.

Prezident İohannis ABŞ-ın bölgədəki mövcudluğuna görə Harrisə minnətdarlığını ifadə edərək, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya işğalına Qara dənizdən başladığını qeyd edib.

Rumıniyanın şərq sahil xətti Qara dənizdədir və o, ölkənin həssas şərq cinahını gücləndirməkdə göstərdiyi köməyə görə ona xüsusilə minnətdarlığını bildirib.

Ukraynadakı vəziyyətin nəzərəçarpacaq sonunu görüb-görmədiyini soruşulduqda Harris ABŞ və müttəfiqlərinin vəziyyəti diplomatik kanallar vasitəsilə həll etməyə çalışdıqlarını desə də, Putinin ciddi diplomatiya ilə məşğul olmaq əlamətinin olmadığını vurğulayıb.

"Biz indi Rusiyanın yalanlar, dezinformasiyalar və təcavüz aktlarını özündə əks etdirən oyunlarının şahidi olmuşuq" , vitse-prezident bildirib.

Harris qeyd edib ki, Rusiya ABŞ və onun Qərb müttəfiqlərinin tətbiq etdiyi iqtisadi sanksiyalarla öz təcavüzünün bədəlini ödəyir, onun iqtisadiyyatını və maliyyə sistemlərini daha çox sanksiyalarla təsirli şəkildə boğur.

ABŞ istehlakçılarının yüksək qaz qiymətləri vasitəsilə ödədiyi qiymət barədə suala Harris demokratiya və ortaq dəyərlərə malik dostlarınızın yanında olmağın öz dəyərinin olduğu ilə cavab verib. Harris, həmçinin ukraynalı qaçqınları ölkəsində qəbul etdiyi üçün prezident İohannisə təşəkkür edib.

BMT bildirir ki, təxminən 19 milyon əhalisi olan Rumıniya çərşənbə axşamı günü 84,000-dən çox köçkünü qəbul edib. 5 milyona qədər insanın münaqişədən qaça biləcəyi barədə xəbərdarlıq edən BMT-nin məlumatına görə, martın 10-na kimi 2,3 milyondan çox insan Ukraynanı tərk edib.

Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük humanitar böhrana çevrilib.

Vitse-prezident Harris Varşavada Polşa prezidenti Anjey Duda, baş nazir Mateusz Morawiecki və ukraynalı qaçqınlarla görüşündən sonra Buxarestə gedib.

Polşa işğal başlayandan bəri təxminən 1,5 milyon ukraynalını qəbul edib.

Polşada olarkən Harris jurnalistlərə deyib ki, o, BMT-nin Rusiyanın Ukraynaya işğalı ilə bağlı “bütün iddia edilən hüquq pozuntuları və sui-istifadələri və əlaqəli cinayətləri” nəzərdən keçirən BMT-nin araşdırmasını dəstəkləyir.

XS
SM
MD
LG