Accessibility links

Azərbaycan Abxaziyada keçirilən “parlament seçkiləri”ni tanımır


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

“Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 12 mart 2022-ci ildə Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "parlament seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "parlament seçkiləri" ilə bağlı açıqlamasında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikası 1921-ci il martın 4-də təşkil olunub. Sahəsi 8,6 min kvadrat kilometrdir. Paytaxtı Suxumi şəhəridir. Müxtəlif mənbələrin qeyri-rəsmi məlumatlarına görə, əhalisi 242 min nəfərdir.

Münaqişə nəticəsində 1992-ci ildən Abxaziyanın və Cənubi Osetiyanın ərazisi Gürcüstanın nəzarətindən çıxıb. 19914-cü ildə Abxaziya ərazisinə Rusiyanın sülhməramlı qoşunları yeridilib. Rusiya–Gürcüstan müharibəsindən (2008-ci il avqust ayı) sonra 2008-ci il avqustun 26-da Rusiya birtərəfli qaydada Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərzalərinin müstəqilliyini tanıyıb.

Bu ərazilər beynəlxalq aləmdə Gürcüstanın əyaləti kimi tanınır. Abxaziyanın, o cümlədən Cənubi Osetiyanın əraziləri Gürcüstan hökuməti, həmçinin ABŞ Prezidentinin adminstrasiyası və Avropa Komissiyası tərəfindən Rusiya tərəfindən işğal edilmiş Gürcüstan əraziləri kimi qiymətləndirilib.

Azərbaycan bu ərazilərin müstəqilliyini, Abxaziyada və Cənubi Osetiyada indiyədək keçirilən heç bir seçkini tanımayıb.

XS
SM
MD
LG