Accessibility links

Amerikalı könüllülər Polşa sərhədindəki Ukrayna qaçqınlarına yardım edir


Amerikalı könüllülər Polşa sərhədindəki Ukrayna qaçqınlarına yardım edir
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Amerikalı könüllülər Polşa sərhədindəki Ukrayna qaçqınlarına yardım edir

Rusiyanın təxminən üç həftə əvvəl Ukraynaya hücumundan sonra 2,5 milyondan çox insan ölkəni tərk edib. Regiona dünyanın hər yerindən çox vaxt kiçik qruplar və ya tək könüllülər tərəfindən yardım axır. Nyu-Cersi ştatındakı kiçik bir sahil şəhərinin meri icmasına yardım edənlərə minnətdarlıq nümayiş etdirir.

Ailəsi ilə birlikdə Polşa sərhədini piyada keçərkən bu ukraynalı qadının sevincdən göz yaşlarını saxlaya bilmi ilə dolur. Hər gün minlərlə ukraynalı qaçqın axını arasında onun da ailəsi isti yeməklə, polşalıların, qeyri-hökumət təşkilatları və dünyanın hər yerindən könüllülərin dəstəyi ilə qarşılanır.

Onların arasında amerikalı könüllülər Pol Kanitra və Qreq Conson da var. “Dünyanın hər yerindən insanlar var və biz onların çoxu ilə danışdıq. Onlar öz həyatlarını dayandırıb. Təyyarə bileti alıb. Onlar maşın sürüb. Onlar qatara minib və yardım etmək üçün bir yol tapıb” - deyə, Pol Kanitra bildirir.

Yardıma tələbat davam edir. Ona görə onların ikisi də gündəlik paylama və tədarük işində iştirak edirlər. Masaları boşaldıqdan sonra onlar yerli mağazalara və ticarət mərkəzlərinə gedərək, eyni zamanda təchizat və nəqliyyat vasitəsi kimi xidmət edən maşınlarını qaçqınlar üçün əşyalarla doldurur. Qreq Conson “Təsəvvür edin ki, bütün əşyalarınızı və işinizi, karyeranızı, yəni hər şeyinizi, icmanızı tərk edib müharibə üzündən qaçmağa məcbur olursunuz. Düşünmürəm ki, özünüz görməyincə bu, amerikalılara güclü təsir edəcək”.”

Point Pleasant Beach-in kiçik Nyu-Cersi Şor icmasının meri vəzifəsində çalışan Kanitra üçün bu işi götürmək çətin deyil. Şərqi Avropa mənşəli Kanitra mediada yayımlanan qaçqın böhranı ilə bağlı xəbərlərdən sonra bunu etməyə məcbur olub. Çünki bir çox Ukrayna vətəndaşı hər yay fəslində onun şəhərinə işləməyə gəlir və orada yaşayır. “Mən qəti şəkildə inanıram ki, ön cəbhədən liderlik edirsiniz. Fəaliyyət göstərməklə işi aparırsınız və çox danışmırsınız, çünki hər kəs yaxşı danışa bilər. Bunlar əslində işə başlayıb və işi görən insanlardır və iş göz qabağındadır”.

O, köhnə dostu Qreq Consondan yardım istəyib. Minlərlə dollar ianə toplayıb və lazım olan ləvazimatı alıb. Bir həftə orada aldıqlarını tez bir şəkildə paylayıb.

İşğaldan sonra bir milyon yarımdan çox ukraynalı qaçqın Polşaya keçdiyi üçün bu, kollektiv yardımın kiçik bir hissəsidir. “Biz bəşəriyyəti insanların bəzən insanlığı hiss etmədiyi çox pis vəziyyətə gətiririk. Sizi mal-qara kimi avtobusa mindirirlər və bu, heç də yaxşı hiss deyil. Biz sadəcə insanların bu yolda özlərini bir az daha yaxşı hiss etmələrinə çalışırıq" deyir, Qreq Conson.

Gecə yarısı onların ikisi yatmayıb sərhəddə işlərini davam etdir, daha çox ləvazimat alır, qaçqınların daşınmasına yardım edir.

Bir həftədən sonra Polşanı tərk edən bu iki könüllü baş verənlər barədə məlumatlandırmanı artırmağa və xaricdən yardımı davam etdirməyə ümid edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG