Accessibility links

Demokratiya-1918 Hərəkatı üzvlərinin təhdid edildiyini bildirir


Martın 15-də Demokratiya-1918 Hərəkatının üzvləri ofisdən çıxmaları tələbi ilə təhdid edildiklərini bildirir. Daxili İşlər Nazirliyi isə bunu təkzib edir.

Demokratiya-1918 Hərəkatının sədri Əhməd Məmmədli Amerikanın Səsinə bildiirb lki, Bakı şəhəri akademik Topçubaşov küçəsi 23 ünvanında yerləşən ofisləri daimi polis nəzarətindədir.

"Martın 15-də polis sahə müvbəkkili, özünü Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin səlahiyyətli əməkdaşı kimi təqdim edən şəxs və mülki geyimli polis əməliyyatçısı ofisə daxil olaraq heç bir sənəd təqdim etmədən əvvəlcə ətrafda yaşayan sakinlərdən haqqımızda şikayət verildiyini, daha sonra pandemiya qaydaları ilə bağlı profilaktik yoxlama aparmaq üçün gəldiklərini dedi və qanunsuz olaraq ofisdəki üzvlərimizi cərimə etməyə cəhd etdilər".

Məmmədlinin sözlərinə görə, daha sonra özlərini polis əməkdaşları kimi təqdim edənlərə zəng gəlib.

"Gələn zəngdən sonra ofisdə kamera olub-olmadığını, burada hansı fəaliyyətlə məşğul olduğumuzu, bizim vergidən yayındığımızı, ofisin insanlar üçün təhlükəsiz olmadığını bildirərək, ofisdən hər an narkotik maddə və terrorçuluqla bağlı hər hansı fəaliyyətin aşkar oluna biləcəyi ilə bağlı açıq-aşkar təhdid edildik".

Hərəkat sədri qeyd edib ki, əvvəlki illərdə də fəaliyyət göstərdikləri ofislərinə və onların sahiblərinə qarşı eyni ssenari tətbiq edilib.

“Ofisin sahibi də təzyiqlərdən narahat olduğunu bildirib və ofisi tərk etməyimizi təklif edib. Martın 20-də və ya 21-də ofisi medianın müşayiəti altında tərk edəcəyik. Ofisimizin qapadılması Prezident Administrasiyasının göstərişi ilə həyata keçirilib," D18 Hərəkatının sədri Məmmədli bildirib.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin sözçüsü Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, iddialar araşdırılır.

“Demokratiya-1918 adlandırılan təşkilatın hər hansı üzvünə qarşı təzyiq edilməsi ilə bağlı səsləndirilən fikirlər faktsızdır, həqiqəti əks etdirmir. Polis tərəfindən hansısa şəxsin və təşkilatın siyasi təzyiqə məruz qalması ilə bağlı iddialar həmin şəxslərin manipulyativ gedişləridir,” o qeyd edib.

XS
SM
MD
LG